Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni reallıq fonunda Azərbaycan əsas söz sahiblərindən birinə çevrilib"
"Yeni reallıq fonunda Azərbaycan əsas söz sahiblərindən birinə çevrilib"

“Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlara bir çox dünya siyasi liderləri, adekvat olmayan mövqedən yanaşmalar nümayiş etdirirlər. Avropa İttifaqı Şurası prezidenti və Avropa İttifaqı prezidenti, hazırda Çexiyann baş nazirinin imzası və dəvəti ilə Azərbaycan prezidenti ilk dəfə keçirilən Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət olunub. Toplantının 6-7 oktyabr tarixlərində keçirilməsi gözlənilir. Bu toplantının təşəbbüskarı Fransa prezidenti Emanuel Makrondur. Makronun təşəbbüsü əsasında Avropa İttifaqı liderlərinin zirvə toplantısı öncəsi Avropa İttifaqı və Avropa qitəsində olan dövlətlərin liderlərinin görüşünün keçirilməsi və belə bir platformanın formalaşdırılması ideyası irəli sürülüb. Burada hədəf Avropa dövlətləri arasında dialoq və əməkdaşlıq münasibətlərini genişləndirməklə qarşılıqlı münasibətlərin gücləndirilməsinə sülh və əməkdaşlıq, iqtsiadi inkişaf, enerji və iqlim kimi mövzularda liderlərin baxışlarının öyrənilməsi, müəyyən edilməsi və bu istiqamətdə fikir mübadiləsinin aparılmasıdır”

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Əslində bu tədbirə Azərbaycan prezidenti cənab İlham Əliyevin dəvət olunmasını, Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlar,bu reallıqların diqtə etdiyi şərtlər,xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin Cənubi Qafqazda baş verən proseslərə, bölgəmizdə, regionumuzda baş verən proseslərə təsir etmək imkanalarının dəfələrlə böyüməsi və artmasının təzahürü kimi qiymətləndirə bilərik. Çünki artıq yeni yaranmış reallıqlar fonunda Cənubi Qafqada bütövlükdə bölgəmizdə, Azərbaycan əsas söz sahiblərindən birinə çevrilib. Bölgəmiz üçün tale yüklü qərarların qbul olunmasında Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin mövqeyi nəzərə alınmadan hərhansı bir qərarların qəbul olunması və bu qərarların həyata keçrilməsinin perespektivinin mövcud olmadığının artıq bütün dünya gücləri də, bölgə dövlətləri də qəbul edir.

Bu mənada Avropa siyasi birliyi liderlərinin toplantısına Azərbaycan Prezidentinin dəvət olunması, həm də dövlətimizin regional gücə çevrilməsinin, Azərbaycan prezidenti cənab İlham Əliyevin artıq dünya liderləri içərisində kifayət qədər böyük söz sahibi olduğuna və nüfuza malik olmasının nəticəsidir” - deyə politoloq qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqı liderlərinin ziirvəsi öncəsi keçiriləcək Avropa siyasi birliyi liderlərinin zirvə toplantısına Azərbaycanla yanaşı Ermənistan və Türkiyə də dəvət olunub. Bu da coğrafi baxımdan Avropa Birliyi üzvü olan dövlətlərin, eyni zamanda Avropa qitəsi dövlətləri liderlərinin zirvə görüşünə çağırıldığını göstərir.

“Azərbaycan prezidenti bütün platformalardan bu günə qədər Azərbaycan dövləti və Azərbaycan xalqının maraqlarının beynəlxalq hüququn prinsiplərinin, ədalət prinsipinin təmin olunması ilə bağlı çağırışlar edib. Bu platforma da bizim üçün fürsətdir. Azərbaycan prezidenti Avropa siaysi birliyi liderlərinin görüşündə də, Azərbaycan xalqının, Azərbaycan dövlətinin haqlı mövqeyini, eyni zamanda Cənubi Qafqazda formalaşmış yeni reallıqların diqtə etdiyi şərtlərin Avropa liderlərinin diqqətinə bir daha çatdıracaq. Cənubi Qafqadakı proseslərin tənzimlənməsində səmimi yanaşma nümayiş etdirən, siyais lidelrəin bu məsələyə bir daha diqqətini cəlb edəcək.

Eyni zamanda bölgədə sülh münasibətlərinin möhkəmlənməsinə xələl gətirməyə çalışılan davranışlardan, sərsəm bəyanatlardan, əsassız çıxışlardan uzaq durmağın zərurliliyini bildirəcək” - deyə Anar Əliyev qeyd edib. O, əlavə edib ki, 12-14 sentyabr tarixli erməni təxribatlarına cavab olaraq, Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlara təəssüf ki, bu günə qədər bir çox dünya siyasi liderləri real olmayan, adekvat olmayan və səhv mövqedən, bəzən hətta münasibətlərin normallaşmasına deyil, münasibətlərin gərginləşməsinə xidmət edən istiqamətdən yanaşmalar nümayiş etdirirlər.

Politoloq hesab edir ki, Azərbaycan prezidenti bu fürsətdən istifadə edərək, dünya liderlərinə bir daha çağırış edəcək. Bir daha bölgəmizin sülh bölgəsinə çevrilməsi üçün hansı istiqamətdə davranışların zəruri olduğunu diqqətə çatdıracaq və bir daha həmin şəxslərin daha diqqətli davranış sərgilməsinin zəruriliyini qeyd edəcək.

Anar Əliyev qeyd edir ki, bu günə qədər Azərbaycan dövlətinin belə tədbirlərə dəvət edilməməsinin əsas səbəbi ilk dəfə belə bir platformanın yaradılmasıdır. Eyni zamanda Avropa İttifaqı liderlərinin zirbə göörüşünə dəvət olunmamağımız isə, Azərbaycanın Avropa İttifaqına üzv olmamasıdır.

“Bu günə qədər Avropa İttifaqı lidelrəinin zirvə görüşü keçirilirdi. Amma Fransa prezidentinin təşəbbüsü ilə ilk dəfə Avropa siyasi birliyi liderlərinin platforması formalaşdırılır. Bu platformaya, ilk keçiriləcək görüşə də Azərbaycan dövləti dəvətlidir və Azərbaycan dövləti orada strateji müttəfiqimiz, qardaş dövlət Türkiyə ilə birlikdə Qafqazın sosial rifah bölgəsinə, Qafqazın sürətli inkişaf edən çevrilməsi istiqamətində mesajlarının Türkiyə dövlətinin, Azərbaycan dövlətinin mövqeyini ifadə edəcək” - deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »