Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lavrov BMT-nin iclasından Rusiya əsgərləri döyüşdən qaçdığı kimi qaçdı"
"Lavrov BMT-nin iclasından Rusiya əsgərləri döyüşdən qaçdığı kimi qaçdı"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi BMT-dəki nümayəndə heyəti bu dəfə BMT Təhlükəsizlik Şurasının iclasında özünün pis davranışını və aşağı səviyyəli diplomatiyasını bir daha nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Lavrov əvvəlcə BMT Təhlükəsizlik Şurasının iclasına təxminən bir saat yarım gecikdi və yalnız çıxış növbəsi ona çatanda gəldi.

Diplomat öz çıxışında ABŞ və onun müttəfiqlərinin ört-basdır etdiyi “Kiyev rejiminin cinayətləri” ilə bağlı Rusiyanın təbliğat tezislərini bir daha təkrarlayıb. Lavrov həmçinin ukraynalıları “nasizm”də ittiham edib və bildirib ki, “Ukrayna nəhayət ki, neonasistlərin təlqini ilə totalitar dövlətə çevrilib”.

“ABŞ və onun müttəfiqləri beynəlxalq insan haqları institutlarının razılığı ilə səkkiz ildir ki, sistemli şəkildə Kiyev rejiminin cinayətlərini ört-basdır edir, Zelenskiyə qarşı siyasətini məlum Amerika prinsipi əsasında qurur: o, əlbəttə ki, yaramazdır, amma o, bizim yaramazımızdır”, - Lavrov deyib.

Çıxışdan sonra növbəti natiq Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çıxış etməyə başlayan kimi Rusiya XİN rəhbəri ayağa qalxaraq iclas zalını tərk edib. Qərb jurnalistlərinin qeyd etdiyi kimi, "Sleverlynin üzündə Lavrovun hərəkətlərinə hörmətsizlik hiss olunurdu".

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, BMT-nin tədbirində iştirak etmək üçün çətinliklə Amerika vizası almış Lavrovun qorxaq davranışını diqqətdən kənarda qoymayıb.

Kuleba qeyd edib ki, Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasından rus əsgərləri döyüş meydanından qaçdığı kimi qaçıb.

"Mən müşahidə etdim ki, rus diplomatları da rus əsgərləri kimi məharətlə qaçırlar", - ukraynalı nazir bildirib.

Dmitri Kuleba Dmitri Kuleba

O, həmçinin qeyd edib ki, BMT mövcud olduğu müddətdə çox şeylər eşidib və görüb, lakin “bu gün rus diplomatlarının yalanlarının həcmi misilsizdir”.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Lavrovun çıxışı təbliğat şüarları və Ukraynaya qarşı əsassız ittihamlarla dolu olub: “Əslində bugünkü rus nitqində bütün bu yalanların içərisində reaksiyaya layiq olan yeganə şey Rusiya nümayəndəsinin xarici dövlətin prezidenti, Ukrayna prezidenti ilə bağlı işlətdiyi qəbuledilməz jarqondur”, - deyə Kuleba bildirib.

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsində bir çox müxtəlif ölkələrin birlik nümayiş etdirdiyini bildirib.

“Biz Birləşmiş Millətlər Təşkilatında ölkələr arasında fikir ayrılıqları haqqında çox eşidirik. Amma son vaxtlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə gəlincə, üzv dövlətlər arasında heyrətamiz birlik var. İnkişaf etməkdə olan ölkələrin, inkişaf etmiş ölkələrin, böyük, kiçik, Şimal - Cənub ölkələrinin liderləri Baş Assambleyada müharibənin nəticələrindən və ona son qoyulmasının zəruriliyindən danışıblar”, - Blinken bildirib.

Çinin xarici işlər naziri Vanq Yi müharibəni pisləməməkdə diqqətli olsa da, Çinin “bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir” mövzusunda qəti mövqe tutduğunu bildirib. "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin məqsədlərinə riayət edilməlidir”, - deyib.

Hindistanın xarici işlər naziri Subramanyam Cayaşankar Ukraynada törədilən vəhşiliklərə və sui-istifadələrə görə məsuliyyətə çağırıb: “Əgər gün işığında baş verən dəhşətli hücumlar cəzasız qalarsa, bu Şura bizim cəzasızlıq haqqında verdiyimiz siqnallar üzərində düşünməlidir. Etibar yaratmaq istəyiriksə, ardıcıllıq olmalıdır”, - deyə o bildirib.

Braziliyanın xarici işlər naziri Carlos Alberto Franca, müharibəni dayandırmaq üçün təcili səylərin vacib olduğunu söyləyib. “Hərbi əməliyyatların davam etməsi günahsız mülki şəxslərin həyatını təhlükə altına qoyur və digər regionlarda, xüsusən də inkişaf etməkdə olan ölkələrdə milyonlarla ailənin ərzaq və enerji təhlükəsizliyini təhdid edir. Müharibənin hazırkı dinamikası üçün yaranan eskalasiya riskləri sadəcə olaraq həddən artıq böyükdür və onların dünya nizamı üçün nəticələri gözlənilməzdir”,- deyə o bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »