Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2023-cü il Formula 1 Azərbaycan Qran Prisinin tarixi açıqlandı
2023-cü il Formula 1 Azərbaycan Qran Prisinin tarixi açıqlandı

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası Formula 1 Dünya Çempionatının  2023-cü il təqvimini açıqlayıb.

2023-cü ilin Formula 1 mövsümü növbəti ilkə imza ataraq, 24 yarışla yadda qalacaq. 7-ci Formula 1 Azərbaycan Qran Prisi isə 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək.  Mövsüm 5 mart tarixində Bəhreyndə start verəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Əbu-Dabidə yekunlaşacaq. Bu ilki təqvimdə Mayami və Ostin ilə bərabər, ilk dəfə olaraq digər ABŞ şəhəri – Las Veqas da yer alır.  Qətər Qran Prisi bir illik fasilədən sonra yenidən Formula 1 təqviminə qayıdır.

Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası digər avtoidman yarışı  24 saat Le Man marafonunun digər F1 yarışları ilə eyni tarixə təsadüf etməməsi üçün iyun ayında yalnız iki yarışın keçirilməsinə qərar verib.

“2023-cü il FIA Formula 1 Dünya Çempionatında 24 yarışın yer alması bu avtoidmanın qlobal səviyyədə inkişafının və geniş auditoriya cəlb etməsinin sübutudur. Təqvimə yeni yarışların əlavə olunması və ənənəvi yarışların qorunub saxlanması Federasiyanın bir daha bu avtoidmana xüsusi diqqətinin göstəricisidir. Məmnunluq hissi ilə bildirirəm ki, daha böyük həyəcanla Formula 1-in yeni erasına qədəm qoyuruq   və Beynəlxalq Avtomobil Federasiyasının 2022-ci ildə qəbul etdiyi qaydalar bunun üçün geniş zəmin yarada biləcək. Qeyd edim ki, 2023-cü ilin təqviminin tərtibi zamanı F1 yarışlarının 24 saat Le Man marafonu ilə eyni tarixlərə təsadüf etməməsinə xüsusi diqqət yetirilib.” – deyə Federasiyanın prezidenti Mohammad bin Sulayem qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »