Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov: Çeçenistanda çağırış planı 254% artıqlaması ilə yerinə yetirilib
Kadırov: Çeçenistanda çağırış planı 254% artıqlaması ilə yerinə yetirilib

Çeçenistanda yeni hərbi hissələrin formalaşdırılması hesabına hərbi xidmətə çağırış planı 254% artıqlaması ilə yerinə yetirilib.

Bizimyol.info xəbər verir ki, bunu vilayət rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında yerləşdirdiyi videoda bildirib.

“Cümə axşamı mən Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində Çeçenistan Respublikasının sakinlərinin hərbi xidmətə çağırılması ilə bağlı görüş keçirdim. Çeçenistan Respublikasında hərbi xidmətə çağırış planı 254 faiz artıqlaması ilə yerinə yetirilib”, – deyə Kadırov yazıb.

Onun sözlərinə görə, belə göstəricilərə Rusiya Müdafiə Nazirliyinin yeni bölmələrinin formalaşdırılması sayəsində nail olunub.

Xidmət üçün müraciət edənlərin hamısı Hərbi Komissarlıqdan keçiblər. Kadırov vurğulayıb ki, regionun hakimiyyət orqanları bu mexanizmi əvvəldən, hətta qismən səfərbərlik elan edilməmişdən əvvəl işləyib hazırlayıblar.

Bundan əlavə, Çeçenistan rəhbəri respublikada zərurət yaranarsa, “Vətən müdafiəçiləri sırasına qoşula biləcək” minlərlə könüllüdən ibarət ehtiyatın olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiya prezidentinin qismən səfərbərliklə bağlı fərmanı verdiyi gün:  "Biz istənilən əmri yerinə yetirməyə hazırıq. Yaxın günlərdə siz yaxşı xəbər eşidəcəksiniz və yaxın vaxtlarda biz xüsusi əməliyyatı başa çatdıracağıq", - Kadırov çərşənbə günü Telegram kanalında yazıb və qeyd etmişdi .

“Bilirik ki, "xüsusi hərbi əməliyyat" düşmənlə qarşılaşmaq üçün məcburi tədbir. Prezidentimiz Vladimir Putinin dediyi kimi: “Əgər döyüş qaçılmazdırsa, əvvəlcə vurmaq lazımdır”. Ona görə də prezidentin ehtiyatda olan hərbçilərin qismən səfərbər olunması qərarını tam dəstəkləyirəm. Biz artıq ilk gündən Çeçenistanda bu prosesdə fəal iştirak etmişik, lakin indi bizim dövlət başçısının da tapşırığı var və biz onu 100 faiz yerinə yetirəcəyik”, - deyə respublika başçısı vurğulamşdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »