Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Türkiyədə “Mir” sisteminə bağlı kredit kartları ilə bağlı iclas keçirəcək
Ərdoğan Türkiyədə “Mir” sisteminə bağlı kredit kartları ilə bağlı iclas keçirəcək

Türkiyə ölkə ərazisində Rusiyanın “Mir” sisteminə bağlı kredit kartlarına bir neçə yerli bank tərəfindən xidmət göstərilməməsi ilə bağlı bəzi addımlar atacaq.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələ Türkiyə və Rusiya arasında bu məsələdə alternativ həlli var və tərəflər bununla bağlı danışıqlar aparır.

“Amma bütün problem ondadır ki, bu sanksiyaların müxtəlif versiyaları mövcuddur. Bunlar təbii ki, əslində dostluğa yaraşmır, iqtisadi münasibətlərimizin tənzimlənməsinə yaraşmır. İndi nə edəcəyik?...Bu görüşlərdən sonra ümid edirəm ki, cümə günü bütün əlaqəli dostlarımı İstanbulda bir araya toplayım. Biz onlarla görüş keçirib, burada son qərarımızı verəcəyik”, - deyə Ərdoğan açıqlayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »