Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident də bildirir ki, ilk növbədə sərhədlər təyin edilməlidir"
"Prezident də bildirir ki, ilk növbədə sərhədlər təyin edilməlidir"

"İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları və mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz, buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq”.

Bu barədə danışan Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bütün xəritələr toplanıb: “O cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”

“Prezidentin fikirləri çox mətləblərdən xəbər verir. Əvvəla onu qeyd etmək lazımdır ki, 12-13 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədi boyunca başlatdığı genişmiqyaslı təxribatlı faktiki olaraq, Ermənistanın Azərbaycan ərazisinə qarşı hücumu idi. Faktiki olaraq bu Ermənistanın işğalçı xislətindən doğan bir nəticədir. Bir ölkənin digər ölkə ərazisində təxribatlar törətməsi beynəlxalq hüququa ziddir və BMT konvensiyalarının kobud şəkildə pozulması deməkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Turan Rzayev bildirib ki, bütün bunlara baxmayaraq, istər Qərb, istərsə də Ermənistan baş verən hadisələrin sonrakı sferasını, hansı ki, Azərbaycan tərəfi Ermənistan tərəfinin qarşıdurmasının və təxribatının qarşısını almaq üçün tədbirlər görməsini, Azərbaycanın beynəlxalq hüququ pozma cəhdi kimi və işğal faktı kimi qeyd etdi. Əslində, ortada bir işğal faktının olması və ya ərazi bütövlüyünün pozulmasına cəhd olması üçün yekun sülh müqaviləsi və sərhədlərin delimitasiya və demorkasiyası olmalıdır.

Turan Rzayev Turan Rzayev

“Rəsmi Bakı uzun müddətdir ki, sülh müqaviləsi və sərhədlərin demorkasiya və delimitasiya prosesi istiqamətində əsaslı işlər görür. 4 Brüssel görüşündən çıxan nəticələr də bunu deməyə əsas verir ki, Azərbacan bu məsələni ən qısa zamanda və beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır. Amma yekun sülhün imzalanmaması, sərhədlərin delimitasiya və demorkasiya prosesinə yaxınlaşmaması və dabam etməməməsini yeganə səbəbkarı Ermənistandır. Ermənistan tərəfi sərhədlərin pozulduğunu iddia edir. Amma ortada bir sərhəd yoxdur. Qazax istiqamətindən Zəngilana qədər olan ərazi sərhəddi faktiki olaraq təyin edilməyib. Əslində rəsmi Bakının Ermənistanın təxribatına qarşı verdiyi cavab ona hesablanmışdı ki, sərhədlərin delimitasiya və demorkasiyası yenidən gündəmə gəlsin. Yəni indiki vəziyyətdə sərhədlərin delimitasiya və demorkasiyası olmadığı üçün kimin hansı ölkənin ərazisində nə dərəcədə girdiyi, əməliyyatların hansı ərazilərə qədər gedə biləcəyinə irad bildirməsi doğru deyil. Ermənistan ərazi bütövlüyünün pozulduğunu iddia edirsə, o zaman sərhədlərin delimitasiya və demorkasiya prosesini də yekunlaşdırsın. Prezident də çıxışında bildirir ki, əgər sərhədlərin pozulduğunu iddia edirsinizsə, ilk növbədə sərhədlər təyin edilməlidir. Bunun edilməməsinin əsas səbəbi isə Ermənistandır” - deyə politoloq bildirib.

Turan Rzayev qeyd edir ki, proseslər danışıqlar yolu ilə həll edilməlidir və Azərbaycan hər zaman bu proseslərə hazırdır.

Azərbaycan,27 il ATƏT kontekstində danışıqlara üstünlük verdi. Bu belə Azərbaycanın beynəlxalq hüquqa önəm verdiyinin göstəricisidir. Bu gün də oxşar hadisələr baş verir. Azərbaycan Brüssel formatı çərçivəsində, eyni zamanda Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə 4-lü format çərçivəsində proseslərin sülh yolu ilə və beynəlxalq hüquq çərvəsində həllindən yanadır.

“Bu gün Azərbaycanın müharibə istəməsi üçün əsaslı bir səbəb yoxdur. Düzdür torpaqların geri qaytarılması və münaqişəli məsələlərin həll edilməsi üçün belə bir yol var. Amma istəilən halda müharibə xərcdir. İnsan itkisinə, texnika itkisinə gətirib çıxarır. Azərbaycan tərəfi ən son həddə hərb yoluna əl atır və bundan sonra Ermənistan əsassız iddialar səsləndirməyə başlayır” - deyə politoloq vurğulayıb.

“Bu illər ərzində sərhədlərin təyin edilməməsi, Ermənistanın o ərazidə sərhəd çəkməməsinin səbəbi Qarabağı öz əraziləri kimi görmələridir. "Artsax" kimi qondarma bir qurum yaradılmasına baxmayaraq, onun müstəqilliyinə dair sərsəm bəyanatlar sələndirilsə də. Aydın məsələdir ki, Ermənistan heç bir zaman Ermənistan "Artsax" deyə bir dövləti tanımayıb və tanımayacaq. Qondarma qurumun bayrağı, sanki Ermənistan bayrağında qopan bir parçadır. Verilən mesaj da aydın idi, yəni Qarabağ Ermənistanın bir parçasıdır. Ermənilərdə Azərbaycanın bu qədər ərazisini işğaldan azad edə biləcəyi təsəvvürü yox idi.

Süni maneələrin yaradılmasında məqsəd mövcud ərazilərin itirilmə ehtimalıdır. Çünki anklav məsələləri var. Söhbət təkcə Kərki kəndi və ya Qazaxın 7 kəndindən getmir. Eyni zamanda Kəlbəcər və Laçın istiqamətində kifayət qədər mübahisəli ərazilər var, bu ərazilərin təyin edilmə məsələləri var. Ermənistan başa düşür ki, sərhədlər təyin edilsə, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən otlaqlar və su mənbələrinin itirilməsi məsələsi də var. Zəngəzur dəhlizinin açılması məsələsi var. Ermənistan bu gün Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir” - deyən politoloq əlavə edib ki, ölkə başçısının çıxışı əslində son günlər baş verən təxribatların pərdə arxasını ehtiva edir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »