Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Peskov müharibəni dəstəkləyir, amma oğlu əsgərlikdən boyun qaçırır
Ata Peskov müharibəni dəstəkləyir, amma oğlu əsgərlikdən boyun qaçırır

Rusiya prezidenti Vladimir Putinin dünən elan etdiyi qismən hərbi səfərbərlik elanı Rusiyada gərginlik yaradıb. Ölkə vərəndaşları küçələrə çıxaraq bu qərara və müharibəyə etiraz etdiklərini nümayiş etdiriblər.

Bizimyol.info xəbər verir ki, 2 rusiyalı jurnalist bu qərardan sonra Rusiya siyasətçilərinin övladlarının hərbi xidmətə gedib-gəlməyəcəyi ilə maraqlanıb.

Sosial mediada siyasi proqramlar hazırlayan rusiyalı jurnalist Dmitri Nizovtsev telefonla Kremlin mətbuat katibi Dmitri Peskovun oğlu 32 yaşlı Nikolay Peskova zəng edib.

Özünü Rusiya ordusunun hərbi komissarı kimi təqdim edən rusiyalı jurnalist Nikolay Peskova qismən səfərbərliyə uyğun olaraq onun hərbi xidmətə çağırılacağını və saat 10:00-da hərbi hissəyə gələrək özünü təqdim etməsinin lazım olduğunu bildirib.

Nikolay Peskov: "Sabah saat 10:00-da təbii ki, mən heş bir çağırış məntəqəsinə gəlməyəcəyəm. Mən cənab Peskovam. Anlamalısınız ki, mən orada olmamalıyam. Bunu müxtəlif yollarla, başqa səviyyədə həll edəcəm. Ümumiyyətlə, nə baş verdiyini, hansı hüquqlarım olduğunu başa düşməliyəm”, - deyə bildirib.

Onu Rusiya hərbi komissarı kimi təqdim edən jurnalistə verdiyi cavabda könüllü hərbi xidmətə razılıq verməyən Nikolay Peskov: "İnanın bu nə sizə, nə də mənə lazım deyil. Vətənimi müdafiə etməkdə problemim yoxdur. Amma mən orada mənim mövqeyimi başa düşmək lazımdır, bəzi siyasi şərtləri anlamaq lazımdır”,- ifadələrdən istifadə edib.

Qeyd edək ki, ata Peskov bu gün jurnalitlərin bununla bağlı suallarını cavablandırmaqdan imtina etdiyini deyib: "O, mənim oğlum olduğu üçün bu sualları cavablandırmaq istəmirəm. Mən səs yazısını tam olaraq dinləmişəm, lakin yayılan səs yazısı yarımçıq və anlaşılmazdır. Onun münasibəti tam əks olunmayıb",- deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »