"Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin jurnalistlərə bildirib ki, Kiyevlə məhbus mübadiləsi çərçivəsində azad edilənlər arasında ukraynalı siyasətçi Viktor Medvedçuk da var.
Bizimyol.info xəbər verir ki, o bu barəd Rusiya mətbuatına məlumat verərək: "Viktor Medvedçuk həbsdən azad edilib", - deyə bildirib.
Puşilin Medvedçukun əvvəlki mübadilələrə xüsusi töhfəsini qeyd edib: “Sizə deyim ki, Minsk prosesi çərçivəsində, ondan kənarda, Viktor Medvedçukun iştirakı ilə 1000-dən çox insanımız azadlığa buraxılıb. Onlar orada uzun müddət sadəcə olaraq sağ qala bilməzdilər, onların saxlandığı şərait son dərəcə pis vəziyyətdə olub. Bunlar əslində Gestaponun zindanlarıdır”, - deyə o vurğulayıb.
“Biz 215 nəfəri, o cümlədən milli batalyonların nümayəndələrini təhvil verdik. Bunlar müharibə cinayətkarlarıdır, biz hər şeyi çox yaxşı başa düşdük, amma vəzifəmiz mümkün qədər tez insanlarımızı geri qaytarmaqdır", - dedi.
Jurnalistlərə açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin Ukrayna ilə məhbus mübadiləsinin təfərrüatlarını, o cümlədən siyasətçi Viktor Medvedçukun onların arasında olub-olmamasını barədə xəbərsiz olduğu üçün şərh etmək istəmədiyini deyib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib ki, nəticədə əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş Rusiya Federasiyasının 55 hərbçisi Ukrayna ilə əsirlərin mübadiləsi nəticəsində Rusiyaya gətirilib.
Qeyd edək ki, fevralın 27-də Medvedçukun vəkili Larisa Çeredniçenko bildirib ki, siyasətçi millətçi qrupların həyatına təhlükə olduğu üçün ev dustaqlığı çəkdiyi Kiyevdəki evini tərk edib, lakin Ukrayna paytaxtında qalıb. Martın 18-də Ukrayna məhkəməsi Medvedçuku qiyabi həbs edərək axtarışa verib. Aprelin 12-də Ukrayna prezidenti Vladimir Zelenski Medvedçukun saxlandığını elan edib. İyunun 2-də Ukraynanın Dövlət İstintaq Bürosu Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma ittihamı ilə istintaqını başa çatdırdığını və işi məhkəməyə verdiyini açıqlayıb.
Medvedçuk “Dövlətə xəyanət” və “Terror təşkilatlarının fəaliyyətinə yardım” maddələri ilə ittiham olunduğu cinayət işi üzrə həbs edilib. Sentyabrın 15-də Lvovun Lıçakovski rayon məhkəməsi Medvedçukun həbs müddətini noyabrın 14-dək uzadılmışdı. Siyasətçi ona qarşı irəli sürülən ittihamları rədd edib.
Qadir Bizimyol.info