Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə qarşıdurmalarla əhatələnmiş bölgənin tam ürəyində yer alıb"
"Türkiyə qarşıdurmalarla əhatələnmiş bölgənin tam ürəyində yer alıb"

Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin 77-ci Baş Assambleyasında möhtəşəm bir çıxış etdi. Bu çıxış Türkiyənin regionda geosiyasi mövqeyini və gücünü əks etdirir. Türkiyə bölgədə bir gücdür və bu gücü əks etdirən bir çıxış həyata keçirildi. Prezident çıxışı zamanı pandmeiya, qilim dəyişiklikləri ilə yanaşı Rusiya Ukrayna müharibəsi mövzusuna toxunmuş və bu mövzuda Türkiyənin həyata keçirdiyi fəaliyyətlərdən danışmışdır. Eyni zamanda Ərdoğan BMT-nin baş katibi ilə 22 iyulda həyata keçirilən “İstanbul anlaşması” ilə BMT-nin yenidən bir imic qazandığını vurğulamışdır.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın Türkiyə nümayəndəsi Hulusi Kılıç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ərdoğan Ukrayna ilə bağlı çıxışı zamanı beynəlxalq quruluş və bütün ölkələri bölgədə daimi sülhün yaradılmasına istiqamətlənmiş cəhdlərə dəstək verməyə çağırıb. Səfir qeyd edir ki, prezident eyni zamanda hər zaman Türkiyənin xarici siyasət baxışının sülh olduğunu dilə gətirmişdir.

Hulusi Kılıç Hulusi Kılıç

“Avropadan Latın Amerikasına, Afrikaya qədər coğrafiyalarda anlaşılmazlıqların, qarşıdurmaların, ixtilafların həllində bəzən vasitəçi, bəzən isə asanlaşdırıcı rol oynadığını vurğulamışdır. Türkiyə bölgəsindəki problemlərin bir parçası deyil, həlli olmağa çalışmışdır. Türkiyə hazırda qarşıdurmalarla əhatə olunmuş bir bölgənin tam ürəyində yer alıb. Buna görə də problemlərin deyil, həll yolunun parçası olmağa çalışdığını qeyd edib. Türkiyə Suriya böhranının həllində əhəmiyyətli rol oynayır. Eyni zamanda İraqdakı sabitliyin pozulması və Azərbaycan-Ermənistan problemi ilə bağlı mövzularda həll rolu oynamağa çalışmışdır. Prezidentin çıxışında ən əhəmiyyətli mövzulardan biri də terrorizmlə mübarizə olub. Ərdoğan, ölkələri terrorizmlə mübarizəyə dəvət etmişdir”,- deyə Kılıç bildirib. O, Ərdoğanın qaçqınlar mövzusuna toxunduğunu da bildirib və Yunanıstanın qaçqınları sahil qayıqları ilə batırdığını vurğulayıb. Ərdoğan, çıxışı zamanı Liviyadakı problemlərə və Qüdsdəki problemlərə toxunmuşdur.

Keçmiş səfir bildirir ki, Ərdoğanın çıxışından ən önəmli hissələrdən biri də Azərbaycanla bağlı olub. Prezident çıxışı zamanı qeyd edib ki, “Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmağı davam etdirəcəyik”.

“Azərbaycanın işğal altında torpaqlarını işğaldan azad etməsini Cənubi Qafqazda daimi sülhün və sabitliyin təmin edilməsi mövzusunda tarixi bir fürsət pəncərəsi açdığını vurğulamış və qeyd etmişdir ki, son günlərdə yaşanan qarşıdurmalar bölgədəki sabitliyin pozulması ilə nəticələnib. Prezident əhatəli bir sülh müqaviləsinin imzalanacağına inandığını da dilə gətirib” - deyə sabiq səfir bildirib.

Hulusi Kılıç bildirir ki, prezident Ərdoğan geniş bir baxış dairəsi yaratmış, dünyanın müxtəlif bölgələrinə toxunmuş və xarici siyasətdə həyata keçirdiyi müvəffəqiyyətli cəhdləri və Türkiyənin kartlarını anladıb.

“Türkiyə öz bölgəsində söz sahibi, sülh üçün çalışan önəmli bir aktordur. Bu, BMT və bir çox ölkə tərəfindən təqdirlə qarşılanmaqdadır”,- deyə səfir fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ərdoğan BMT-nin 77-ci Baş Assambleyasında bir çox önəmli mövzulara toxunub. Burada Şimali Kiprin tanınması ilə bağlı çağırışlar da yer alıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »