Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin nüvə hədəsi tərsinə işlədi: Rusiyaya sanksiya, Ukraynaya əlavə silah
Putinin nüvə hədəsi tərsinə işlədi: Rusiyaya sanksiya, Ukraynaya əlavə silah

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən və nüvə silahından istifadə təhlükəsindən sonra Avropa İttifaqına (Aİ) üzv ölkələr yeni sanksiyalar paketi hazırlamaq və Ukraynaya silah dəstəyini artırmaq qərarına gəliblər.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel BMT Baş Assambleyası üçün Nyu Yorkda olan Aİ ölkələrinin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb. Görüşün sonunda açıqlamalar verən Borrell toplantının bir hissəsinə Ukrayna xarici işlər naziri Dmitro Kulebanın da qatıldığını və son hadisələrlə bağlı məlumat paylaşdığını bildirib.

“Putinin Ukraynanı məhv etməyə çalışdığı çox aydındır. O, hərbi cəhətdən uğursuzluğa düçar olduğu üçün müxtəlif yollarla bütün ölkəni məhv etməyə çalışır”,- deyə bildirib.

Rusiyada qismən səfərbərlik elan edildiyini və işğal altındakı Ukrayna ərazisində qeyri-qanuni referendumun planlaşdırıldığını xatırladan Borrell Rusiyanın kütləvi qırğın silahlarından, xüsusən də nüvə silahından istifadə etməklə hədələdiyini də vurğulayıb. Borrell izah edib ki, Rusiyanın hərəkətləri bütün dünyada sülh və təhlükəsizliyi təhdid edir və ərzaq, enerji qiymətlərini yüksəltməklə ciddi qlobal nəticələrə malikdir.

“Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal təklif ediləcək” deyən Borrell bu sanksiyaların digər tərəfdaşlarla koordinasiya əsasında hazırlanacağını vurğulayıb.

Ukraynanın özünümüdafiə hüququndan istifadə etdiyini xatırladan Borrell, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində işğal olunmuş torpaqları xilas edə biləcəyini bildirib. Lazım olduğu müddətcə Ukraynaya hərbi texnika tədarük edəcəklərini açıqlayan Borrell "Ukrayna ordusuna dəstək və silah verməyə davam edəcəyik",- deyib.

Borrell Rusiyanın son açıqlamalarının Ukraynaya verəcəkləri dəstəyi dəyişməyəcəyini vurğulayıb. Rusiyaya qarşı yeni sanksiyalar təyin edəcəklərini vurğulayan Borrell, "həm şəxsi, həm də sektoral yeni məhdudlaşdırıcı tədbirlər görəcəyik",- deyə əlavə edib.

Bir jurnalistin sanksiyalar paketi və Ukraynaya hərbi dəstəyin təfərrüatları ilə bağlı sualına Borrell “mən başa düşürəm ki, siz hansı şəxsin, hansı sektorların, hansı məbləğin olduğunu bilmək istəyirsiniz. Bu, gələcəkdə qəbul ediləcək siyasi qərardır”,- deyə cavab verib.

Rusiya iqtisadiyyatının yeni hissələrinə təsir edəcək sanksiya paketi üzərində çalışacaqlarını açıqlayan Borrell bu sanksiyaların texnologiya sahəsini və yeni insanları əhatə edəcəyini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »