Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran yenidən Ermənistana dəstək ifadə edib
İran yenidən Ermənistana dəstək ifadə edib

“Ermənistan və Azərbaycan öz problemlərini sülh yolu ilə həll etməlidir”.

Bizimyol.info xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri müqəddəs müdafiə həftəsi ilə əlaqədar keçirilən paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.

"İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük",- deyə Baqeri açıqlamasında bildirib.

İranın yüksək rütbəli hərbi məmuru qeyd edib ki, İran təhdidlərdən azad regionun inkişafında maraqlıdır.

“İran siyasətinə gəlincə, Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub”,- deyə Baqiri qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında Azərbaycan-Ermənistan arasında baş verən 44 günlük müharibədən düz 2 il sonra 2022-ci ilin sentyabr ayında sərhəddə gərginlik pik həddə çatıb. Buna səbəb isə Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi olub.

Ermənistanın iddialarına görə, Azərbaycan Silahlı Qüvvələri onların dövlət sərhəddini pozub.

Qeyd edək ki, sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »