Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hazırkı hakimiyyəti danışıqlar prosesini iflasa uğradıb” - Mamicanyan
“Hazırkı hakimiyyəti danışıqlar prosesini iflasa uğradıb” - Mamicanyan

“Rəsmi Bakı aydın və məqsədyönlü sanksiyaların obyektinə çevrilməlidir”.

Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri yerli mətbuata parlamentin “Mənim şərəfim var” fraksiyasından olan deputat Hayk Mamicanyan bildirib.

O, çıxışında xüsusilə vurğulayıb ki, “Ermənistan imkan verməməlidir ki, danışıqların formatını Azərbaycana diktə etsin”.

Parlamentari xatırladıb ki, ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmaq üçün beynəlxalq səviyyədə tanınan yeganə strukturdur.

“Bir neçə ay, hətta Ukrayna böhranından da əvvəl Rusiya tərəfi danışıqları intensivləşdirməyə hazır olduğunu bəyan etdi, Avropa və Amerika tərəfləri buna reaksiya vermədi, sonra isə özləri də eyni bəyanatı verdilər.

Danışıqları davam etdirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin formatını dəstəkləmək lazımdır”,- deyə Mamicanyan vurğulayıb.

Onun sözlərinə görə, dünyaya çatdırmaq lazımdır ki, Azərbaycan Ermənistanın suveren ərazisinə “hücum edib” və “yeni hücumların təhlükəsi” var, ona görə də ünvansız bəyanatların vaxtı çoxdan keçib.

"Təcavüzdə “günahkar” olan tərəf, yəni Azərbaycan ayrı-ayrı şəxslər (liderlər - red.) və ya dövlətlər səviyyəsində aydın və məqsədyönlü sanksiyaların obyektinə çevrilməlidir", - deyə deputat əlavə edib.

Son olaraq, müxalifət partiyanı təmsil edən deputat bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti danışıqlar prosesini iflasa uğradıb və onlardan bu məsələdə irəliləyiş gözləmək olmaz.

Qeyd edək ki, bu, Ermənistan tərəfindən gələn ilk belə açıqlama deyil. Ermənistanın müxtəlif mövqelərində qərarlaşan şəxslər Azərbaycan əleyhinə kampaniyalar aparır, dünyanı öz yalanlarına inandırmağa çalışır.

Reallıqda Ermənistan hələ də təcavüzkar tərəfdir, çünki bu günə qədər də Ermənistanın silahlı qüvvələri Rusiya “sülhməramlı”larının himayəsi ilə Azərbaycan ərazilərində yerləşir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »