Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın hücum təhlükəsi hər saniyə yaşanır" - Ruben Melkonyan
"Azərbaycanın hücum təhlükəsi hər saniyə yaşanır" - Ruben Melkonyan

“Türkiyə və Azərbaycanın Ermənistana hər saniyə “hücum təhlükəsi” var”.

Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri türkoloq Ruben Melkonyan xəbər agentliklərindən birinə açıqlaması zamanı bildirib.

“İndi bütün dünyada sülh deyil, müharibə küləyi əsir, bütün mövcud beynəlxalq normalar işləmir.

Belə bir zamanda bizi hədəfə almış iki ölkə var – Türkiyə və Azərbaycan. Onların normaları pozmaq, hücuma keçmək və s. planları var”,- deyə Melkonyan bildirib.

Ruben Melkonyan Ruben Melkonyan

Müsahibə zamanı Ermənistanın aparıcı türkoloquna “maraqlıdır ki, əgər çəkindirici qüvvələr yoxdursa, bu iki ölkə niyə müharibəyə hazırlaşmasın”?,- deyə sual verib. Melkonyan isə jurnalistin sualına belə cavab verib: “Deməli, Türkiyə-Azərbaycan hücumu təhlükəsi qalmaqdadır və bu təhlükə hər saniyə mövcuddur”.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədlərində ciddi atışma baş verib. Bunun nəticəsində gərginlik pik həddə çatıb. Tərəflər ağır itki verib.

Müşaqişənin başlanmasında isə hər iki tərəf bir-birini günahkar bilir.

Ermənistan tərəfi əsassız iddialarla Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 36 yaşayış məntəqəsini, o cümlədən Qoris, Sisian, Kapan, Cermuk, Vardenis, Tex, Geqamasasar icmalarını atəşə tutduğunu, nəticədə 190-dan çox yaşayış binasının tamamilə və ya qismən yandığını bildirir.

Ermənistanın yaydığı son məlumatlara görə, Ermənistan tərəfdən 207 nəfər ölüb və ya itkin düşüb, 293 hərbçi yaralanıb, 20 hərbçi isə əsir götürülüb.

Azərbaycanın Ermənistan ərazilərini “işğal etməsi” barədə ittihamlara Prezdent İlham Əliyev cavab verib. O bildirib ki, sərhədlərin delimitasiyası aparılmadığına görə, Ermənistanın sərhədlərinin harada olduğu dəqiq bilinmir və buna görə də heç kim Azərbaycanı Ermənistanın ərazisinə daxil olmaqda ittiham edə bilməz.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »