Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyanı qəzəbləndirdi: Zaxarova Baydeni “ədəbsiz” adlandırıb
ABŞ Rusiyanı qəzəbləndirdi: Zaxarova Baydeni “ədəbsiz” adlandırıb

Rusiyalı diplomat Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından Rusiya prezidenti Vladimir Putinin çıxışından nüvə təhlükəsi ilə bağlı yalandan sitat gətirməsini “ədəbsizlik” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baydenin çıxışına kəskin reaksiya nümaiş etdirib.

“ABŞ prezidentinin çıxışına gəldikdə, biz bunun nə ilə başladığını, hansı əsas istiqamətə yönəldiyini bilirik və ABŞ liderinin ifadələrini tamamilə ədəbsizlik hesab edirik. Çünki o, çıxış bizim ölkənin üzərində qurulmuşdu. Fakt budur ki, o, guya Rusiya prezidentindən sitat gətirməklə başlayıb. Əslində, o, ölkəmizin dünyanı nüvə silahı ilə təhdid etməsi ilə bağlı uydurma sözləri Rusiya prezidentinə aid edib”, - Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, belə bir mövqe həqiqətən deyilən fikrin mənasına baxmayaraq, ictimaiyyətə tətbiq edilən təbliğat əlaqəsidir: “Təəssüf ki, indi Qərb mediasında məhz bu mövqe təqdim olunur. ABŞ prezidenti isə Amerika mediasında yayılanları birləşdirib fak kimi təqdim edir”,- deyə diplomat bildirib.

Bundan əvvəl Bayden çıxışında Moskvanın “Avropaya qarşı nüvə silahından istifadə etmək üçün açıq-aşkar təhdidlər etdiyini və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə ehtiyatsızca məhəl qoymadığını” qeyd edib. O, eyni zamanda bildirib ki, ABŞ başa düşür ki, nüvə müharibəsində heç bir qalib ola bilməz və bu müharibə heç vaxt olmayacaq. Bundan əlavə, Bayden ABŞ-ın dünyada nə baş verməsindən asılı olmayaraq “kritik” silahlara nəzarət tədbirləri görməyə hazır olacağına söz verib.

Sentyabrın 21-də Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. O, Rusiya əhalisinə müraciətində qeyd edib ki, "xüsusi hərbi əməliyyat" zonasında təmas xətti “min kilometri keçir”.

Eyni zamanda, Putin bildirib ki, müttəfiq dövlətlər Rusiya Federasiyasının mövcudluğunu təhdid edir: "Rusiya təkcə neonasist birləşmələr ilə deyil, əslində kollektiv Qərbin bütün hərbi maşını ilə qarşı qarşıradır", - deyə qeyd edib.

Putin həmçinin vurğulayıb ki, Rusiya öz ərazi bütövlüyünü və xalqını qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazır olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »