Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın KTMT-dən çıxması ehtimalı varmı?
Ermənistanın KTMT-dən çıxması ehtimalı varmı?

Türkoloq Ruben Melkonyan “Novosti-Armeniya”ya müsahibəsində Ermənistanın KTMT-dən çıxmasının nə dərəcədə mümkün olduğunu təhlil edib.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, əgər alternativ təhlükəsizlik mexanizmləri varsa, o zaman onları təqdim etmək və tez bir zamanda işə salmaq lazımdır.

“Ancaq onlar mövcuddurmu? Nə hakimiyyət orqanları, nə də ekspertlər real imkanları görmürlər. Yalnız yüz il əvvəl Sevr müqaviləsindən ilham almış boş populist bəyanatlar verməklə kifayətlənirlər ”,- deyə ekspert bildirib. Türkoloqun fikrincə, hakimiyyətin hərəkətsizliyi ucbatından reallaşmayan bir çox imkanlar var.

Qərbin Ermənistana kömək etməyə hazır olması ilə bağlı bəyanatlara münasibət bildirən Melkonyan bildirib ki, Ukraynaya dünyanın hər yerindən hansı silahların verildiyi aydındır.

“Bilirik ki, onlar Ermənistan ordusuna “düşmən”ə daha da effektiv əks-hücum etməkdə kömək etmək üçün çox tez ultra-modern silahlar verə bilərlər”,- deyə bildirib.

Sentyabrın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azatutyun”a müsahibəsində bildirmişdi ki, “Ermənistan KTMT-yə müraciət edərək, öz suverenliyini qorumaq üçün hərbi və hərbi-siyasi yardımın göstərilməsinə və Azərbaycan qoşunlarının öz suverenliyindən çıxarılmasına ümid edir. Lakin bu günə qədər bunlar yerinə yetirilməyib. Bizim gözləntilərimiz özünü doğrultmadı”.

Eyni zamanda o bildirib ki, hazırda Ermənistanın KTMT-dən çıxmaq məsələsi gündəmdə deyil.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »