Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəngəzur dəhlizi” hansı ölkələrin marağındadır? – Ermənistan mediası yazır
“Zəngəzur dəhlizi” hansı ölkələrin marağındadır? – Ermənistan mediası yazır

“Novosti-Armenia” youtube kanalının “Xüsusi rəy” proqramında türkoloq Ruben Melkonyan “Zəngəzur dəhlizi hansı ölkələrin maraqlarına cavab verir?” sualına aydınlıq gətirib.

"Aydındır ki, İran bu dəhlizin əleyhinədir, çünki onun üçün ekzistensial məna daşıyır. Rusiyanın da yanaşması eynidir. O, bu məsələyə əhəmiyyət vermir. Lakin bu, İran tərəfindən "qırmızı xətt" hesab edilsə də, Rusiya üçün belə deyil. Rusiya düşünür ki, dəhliz varsa, ona nəzarət edəcək”,– deyə türkoloq Ruben Melkonyan “Novosti-Armeniya”ya eksklüziv müsahibəsində bildirib.

Bizimyol.info xəbər verir ki, bundan əlavə onun sölərinə görə, ABŞ üçün bu, NATO müttəfiqi Türkiyəni Azərbaycanla birləşdirən dəhlizdir.

"Bu, müttəfiqin xeyrinədir. Lakin elə NATO-nun özü üçün də baha başa gələ bilər. Çünki Türkiyə alyansın üzvüdür.

Ağıllarada yaranan ikinci sual isə budur ki, "dəhliz kimin üçün böyük problemdir?”. Onu deyə bilərəm ki, bu İran üçün problemdir”,- deyə ekspert sonda bildirib.

Onu da əlavə edək ki, Ermənisan mediası Zəngəzur dəhlisi ilə bağlı açıqlamanın sonunda bu mətni qeyd edib: “9 noyabr 2020-ci il tarixli bəyanatdan sonra blokdan çıxarılmalı olan yolların (Azərbaycan onları “dəhliz” adlandırır) mümkün ekstraterritoral statusu ilə bağlı mətbuatda mütəmadi olaraq şayiələr yayılır. Rəsmi İrəvan, xüsusən də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın simasında bildirmişdi ki, dəhliz məntiqində bir məsələ də müzakirə olunmur və baş nazirin müavinləri səviyyəsində işçi qrup bütün yolların bağlanmasının lazım olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsində (İranla həmsərhəd) ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək qondarma “Zəngəzur dəhlizi” yaratmağı planlaşdırır.

Lakin Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, “Zəngəzur dəhlizi” yaratmaq planları yoxdur və ola da bilməz; İrəvan “dəhliz məntiqi” çərçivəsində danışıqların aparılması imkanını rədd edir”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »