Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya şəxsiyyəti alçaldan hərəkətləri "müharibə silahına" çevirib - Truss
Rusiya şəxsiyyəti alçaldan hərəkətləri "müharibə silahına" çevirib - Truss

Ukraynaya yeni Britaniya silahları, o cümlədən çox atışlı raket sistemi raketləri (MLRS) gətirilir.

Bizimyol.info zəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Truss BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

O, söz verib ki, bu mühüm məqamda lazım olduqca Ukraynaya hərbi dəstəyimizi artıracağıq: “Mən danışdıqca, Ukraynaya yeni Britaniya silahları, o cümlədən MLRS raketləri gəlir. Biz Ukrayna qalib gələnə qədər dincəlməyəcəyik, sona qədər Kiyevi dəsdəkləyəcəyik”, - deyə Truss vurğulayıb.

Onun sözlərinə görə, bu gün Ukraynada Rusiya insanları öldürmək, şikəst etmək üçün silahdan istifadə edir və insanların şəxsiyyətini alçaldan zorlamanı "müharibə silahına" çevirib.

“Bu səhər biz Putinin öz fəlakətli uğursuzluqlarına necə bəraət qazandırmağa çalışdığını gördük, o, daha çox ehtiyatda olan əsgərləri müharibə kimi dəhşətli həyata məcbur eyməklə öz səylərini ikiqat artırır”, - deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Putin "daha yalan bəyanatlar verir və güc göstərməyə çalışır, lakin bu nəticə verməyəcək": “Beynəlxalq alyans güclüdür, Ukrayna isə daha güclü və mətindir. Ukraynalılar təkcə öz ölkələrini müdafiə etmirlər, onlar bizim dəyərlərimizi və bütün dünyanın təhlükəsizliyini müdafiə edirlər. Biz bunu belə də qəbil etməliyik”, - deyə Trus vurğulayıb və əlavə edib ki, buna görə də dünya ictimaiyyəti fəal hərəkət etməlidir.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, sentyabrın 11-də Böyük Britaniyanın yeni Baş naziri Liz Truss Fransa prezidenti Emmanuel Makron və polşalı həmkarı Mateuş Moravetski ilə ilk telefon danışıqları aparıb.

Tərəflər Ukraynaya gələcək dəstək haqqında razılığa gəliblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »