Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Aİ tezliklə Rusiyaya yeni sanksiyalar tətbiq etməlidir
Borrell: Aİ tezliklə Rusiyaya yeni sanksiyalar tətbiq etməlidir

"Donbass, Zaporojye və Xerson vilayətlərində keçirilməsi planlaşdırılan "referendum"la əlaqədar Avropa İttifaqı (Aİ) ölkələri ən qısa zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək, Brüssel Kiyevə hərbi dəstəyini davam etdirəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel təşkilatın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal, mümkün qədər tez, tərəfdaşlarımızla razılaşdırılaraq tətbiq ediləcək. Biz lazım gəldikdə hərbi texnika verməklə Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik", - Borrell bildirib.

Borrel deyib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları həm şəxsi, həm də sektoral olacaq: “Bu gün aydındır ki, biz Ukraynaya silah verməklə hərbi dəstəyi davam etdirəcəyik və bunu dahada artıracağıq. Biz həmçinin yeni məhdudiyyətləri öyrənib qəbul edəcəyik - həm şəxsi, həm də sektoral”, - Borrell bildirib.

O, hansı sanksiyalardan danışdığını dəqiqləşdirməyib və qeyd edib ki, bu gün yalnız siyasi qərar verilib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adlandırdığı, əslində isə işğalçı müharibə başlaması barədə qərar qəbul edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Qərb ölkələri Kiyevə bu mərhələdə milyardlarla dollar dəyərində silah, hərbi texnika verib və tədarük etməyə davam edir.

Rusiya "LXR", "DXR" Xerson və Zaporojyedə sentyabrın 23-dən 27-dək keçirməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »