Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin özünə ziyan vurub"
Lavrov: "Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin özünə ziyan vurub"

"Rusiya iqtisadiyyatına qarşı sanksiyalar Qərb ölkələrinin özünə ziyan vurub".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib.

"Qərbin birtərəfli məhdudlaşdırıcı tədbirləri Rusiyaya ziyan vurmaq şüarı altında tətbiq edilsə də, onlar ölkə iqtisadiyyatını sarsıda bilmədilər. Üstəlik, sanksiyalar onların özlərinə qarşı çevrildi. Avropanın əksər ölkələrində qiymət artımı, gəlirlərin azalması, enerji resurslarının çatışmazlığı müşahidə olunur", - Lavrov bildirib.

Nazirin fikrincə, Qərb öz maraqlarının zərərinə hərəkət etmək istəyirsə, bunun qarşısını almaq mümkün deyil.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »