Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Rusiya şantaj və hədə-qorxuya uymayacaq"
Putin: "Rusiya şantaj və hədə-qorxuya uymayacaq"

"Rusiya şantaj və hədə-qorxuya uymayacaq".

"Report" xəbər verir ki, bunu Prezident Vladimir Putin Rusiya dövlətçiliyinin 1160 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

“Biz şantaj və hədə-qorxuya tab gətirməyəcəyik, öz suverenliyimizi heç vaxt verməyəcəyik və itirməyəcəyik”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, rusiyalılar suverenliyi gücləndirməklə ölkəni inkişaf etdirirlər.

"1160 il ərzində biz qəti şəkildə öyrəndik ki, Rusiya üçün hətta müvəqqəti olaraq öz suverenliyini zəiflətmək, milli maraqlardan imtina etmək ölümcül təhlükədir", - Putin qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »