Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Felis Mükafatları artıq Azərbaycanda!
Felis Mükafatları artıq Azərbaycanda!

Reklam və marketinq sənayesində effektiv və yaradıcı işləri mükafatlandıran Felis Azərbaycan üçün müraciətlər bu gün başlayır.

Bizimyol.info xəbər portalı tədbirin rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, hər il qəbul etdiyi müraciətlərin sayı ilə öz rekordunu qıran və 17 ildir Türkiyədə reklam və marketinq sektorunun nəbzini tutan Felis Mükafatları 2022-ci ildə Azərbaycan macərasına başlayır.

Sterotipləri qıran və yeni platformalar yaradan effektiv işlər, 7 əsas kateqoriyada qiymətləndiriləcək. Bunlar; brendin mesajını çatdırmaq üçün istifadə edilən orijinal və kreativ dizaynların yarışdığı Design&Branding, ənənəvi və innovativ "out of home" işlərinin yarışdığı Outdoor, onlayn, yenilikçi, yaradıcı və texnoloji həllər ilə marka dəyərini artıran rəqəmsal və mobil işlərin yarışdığı Digital&Mobile, kreativ media işlərinin yarışdığı Media, unikal kreativ reklam kampaniyalarının yarışdığı Reklam Kampaniyaları, televiziya, kino və onlayn platformalar üçün hazırlanan reklamların yarışdığı Film və produksiya və/və ya post-produksiyada texniki bacarıq və tətbiqetmənin dəyərləndiriləcəyi Kino Sənətkarlığı bölmələrində icra olunacaq.

Reklam və marketinq sənayesində effektiv kreativliyin marketinq fəaliyyətlərindəki rolunu vurğulayan və kreativlik mühitinə faydası olan komandaların uğurlarını mükafatlandıran Felis Mükafatları çox yaxın zamanda Azərbaycandakı kreativ işləri görmək üçün gələcək və bu əsərlərin yaradıcıları ilə görüşəcək.

Felis Mükafatları Azərbaycan haqqında daha ətraflı məlumat üçün Felis Azərbaycan rəsmi veb saytı ve sosial media hesablarımızı izləyə bilərsiniz:

  • FB, Twitter, Instagram - @felisazerbaijan

Qeyd edək ki, Bizimyol.info xəbər portalı Felis Mükafatları Azərbaycan tədbirinin rəsmi media tərəfdaşıdır.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »