Yevlax rayonunda polisin məktəblini döyməsi araşdırılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.