Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əvəz Zeynallıya yeni ittiham verildi: nüfuz alveri
Əvəz Zeynallıya yeni ittiham verildi: nüfuz alveri

"Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya əlavə ittiham verilib.

Bizimyol.info xəbər verir ki, Əvəz Zeynallı indiyədək yalnız Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham olunurdu. Sentyabrın 21-də ona Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddəsilə yeni ittiham irəli sürülüb.

Bu barədə məlumatı Əvəz Zeynallının vəkili Aqil Layıc da təsdiqləyib. Lakin vəkil bu ittihamın detallarını, hansı məsələdən söhbət getdiyini açıqlamaq istəməyib.

Bundan əvvəlki ittiham "Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədovla bağlı idi. O, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunurdu.

Vəkili bildirib ki, Əvəz Zeynallı bu ittihamların heç birini qəbul etmir, özünü təqsirsiz hesab edir.

Yaxınları da bildirib ki, Əvəz Zeynallı həbsinj siyasi sifariş sayır. Onun sözlərinə görə, ona qarşı ittihamda yazılanlar 2011-ci ildə həbsi zamanı istifadə olunan ssenarinin yeni versiyasıdır.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da həbs olunub. Həmin gün Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »