Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »