Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə şəraitində referendum olmaz"
"Müharibə şəraitində referendum olmaz"

Ötən gün Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliklə bağlı fərman imzalayıb. Rusiya Müdafiə Naziri Sergey Şoyqu qeyd edib ki, döyüş təcrübəsi olan ruslar ehtiyatdan çağırılacaq. Həmçinin, bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər də daxildir. Ümumilikdə, 300 min ehtiyatda olan hərbçi çağırılacaq. Bununla yanaşı, Putin nüvə silahı ilə bağlı təhdidlər də edib.

  • Səfərbərlik üçün bu zamanın seçilməsi nədən xəbər verir?
  • Bu, Rusiyanın gücünün zəifləməsinin işarəsidirmi?

Qeyd edək ki, Şoyqu bildirib ki, müharibədə Rusiyanın itkiləri isə 5937 nəfərdir. Onun sözlərinə görə, xüsusi əməliyyatda yaralanan hərbçilərin 90 faizi ordu sıralarına qayıdıblar.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA”-nın Türkiyə nümayəndəsi Hulusi Kılıç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində vaxtın seçilməsi çox düşündürücü bir məqamdır.

Hulusi Kılıç Hulusi Kılıç

“Özbəkistanda keçirilən “Şanxay” zivəsindən sonra fərqli bir formalaşma var ortada. Qərb Rusiyaya qarşı olduğu bir vaxtda Rusiya Özbəkistanda özünə dəstək tapdı. Son zamanlar Rusiyanın torpaq itkisinin, daha doğrusu Ukrayna qarşısında məğlub olduğunu görürük.

Bu günə qədər Qərb hər zaman Ukrayanaya silah verdi. Türkiyənin isə, bir rolu var. Bizim prezidentimiz BMT-də dediyi kimi Türkiyə bu müharibənin başladığı tarixdən, fevralın 24-dən etibarən dayandırılması və sülh üçün çalışan tək ölkədir. Bizdən başqa sanki hamı müharibə tərəfdarıdır. Martın 10-da iki ölkənin Xarici İşlər nazirlərini Antalyada görüşdürdü. Təkrar martın 29-da İstanbulda böyük bir müvəffəqiyyət göstərərək, tərəfləri yenidən görüşdürdü. İyulun 22-də İstanbul anlaşması ilə taxıl dəhlizini açan bir Türkiyə var. Hörmətli Prezidentimizin dəstəyi ilə görüşə Birləmiş Millətlər Təşkilatının baş katibi də qatıldı” - deyə Kılıç bildirib.

Hulusi Kılıç qeyd edib ki, qismi səfərbərlik elanı Rusiyanın zəifliyini ortaya qoyur. Demək ki, artıq gücü çatmır.

“Ukraynanın verdiyi məlumata görə, 55 min rus əsgəri öldürülüb, 250 helikopteri vurulub, çox sayda tankları məhv edilib. Demək ki, artıq Rusiya da yorulub və gücü yoxdur” - deyə keçmiş səfir əlavə edib.

4 bölgədə keçriləcək referendumla bağlı suala cavab olaraq Hulusi Kılıç bildirib ki, müharibə şəraitində referendum olmaz. Çünki orada olan ukraynalıların hamısı qaçıb, orada artıq ruslar var.

“Bunu bilmək üçün çox oxumağa ehtiyac yoxdur. Müharibə şəraitində referendum olmaz”,- deyən Kılıç, Üçüncü Dünya Müharibəsinin baş verəcəyi iddiaları ilə bağlı da fikirlərini bildirib. O, vurğulayıb ki, heç kim belə xətaya yol verməz. Üçüncü Dünya Müharibəsinin baş verməsi dəlilik olacaq. Bəlkə də insanların sonu olacaq. Çünki silahlar çox inkişaf edib.

“Bu gün 5 milyondan çox ukraynalı öz ölkəsini tərk edib. Onlardan 3 milyonu Polşada, digər hissəsi isə Avropaya yayılıb. Bu, bizim üçün çox önəmlidir. Ölkələr arasında sülh anlaşmasını Türkiyə təmin edəcək. Çünki, ilk öncə qonşumuzdur. İki tərəflə də yaxın münasibətimiz var. Prezidentmiz BMT-də çağırış etdi, dedi ki, "gəlin, bizə yardım edin, bu sülhü yaradaq". Bu səbəbdən də Türkiyənin burada rolu çox böyükdür” - deyə Hulusi Kılıç əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »