Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tacikstan da, Qırğızıstan da Azərbaycana yaxın olan dövlətlərdir"
"Tacikstan da, Qırğızıstan da Azərbaycana yaxın olan dövlətlərdir"

“Tacikistan və Qırğızıstan arasında da bir müddət əvvəl gərginlik yaşanmışdı. Bu gərginliyin əsas səbəbi kimi su mənbələrinə çıxış və su hövzələrinə nəzarət etmək əsas meyardır. Mərkəzi Asiyada bu kimi problemlər permanent xarakter daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. O, bildirib ki, bu hidrosavaşlar gələcəkdə beynəlxalq münasibətlərdə çox geniş şəkildə müşahidə olunacaq. Bu, iqlim dəyişikliyi və quraqlıqla əlaqədar yaranan problemlərdəndir.

İlyas Hüseynov İlyas Hüseynov

“Mərkəzi Asiyada sülhün və sabitliyin qorunması çox önəmlidir. Tacikstan da, Qırğızıstan da Azərbaycana yaxın olan dövlətlərdir. Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatında yer alır. Buna görə də, Mərkəzi Asiyada sülhün qorunması mühüm amil kimi dəyərləndirilməlidir” - deyən politoloq qeyd edir ki, burada proseslərin Rusiya və ya Qərbdən idarə olunması ilə bağlı ehtimallar var və güclənməkdədir. Məlumdur ki, hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Eskalasiyanın yaranması, sərhəddə gərginliyin olması və hər iki tərəfdən itkilərin olması KTMT-nin nüfuzunu aşağı salır. KTMT-hər iki dövlətin sərhədlərinin qorunması, ərazi bütövlüyünə hörmət edilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı qarant rolunda çıxış edir. Ona görə də bunu KTMT-nin nüfuzunun aşağı salınması kimi dəyərləndirmək olar.

“Qlobal miqyasda Mərkəzi Asiyada Əfqanıstan, Tacikstan və Qırğızıstan kimi dövlətlərdə gərginliyin olması Çinin böyük konsepsiyasının qarşısını alır. Çinin "Bir kəmər bir yol" layihəsi, Şərq ilə Qərb arasında bağlantını nəzərdə tutur. Müxtəlif geosiyasi qurşaqlarda təhlükəsizlik seqmentinin pozulması həm də, iqtisadi dinamikliyin qarşısını alır. Bu həm də Cənubi Qafqaza sirayət edir və Azərbaycan da mühim geostrateji bölgədə yerləşir. Regionumuza yönəlik təhlükəsizlik arxitekturasının pozulması halları müşahidə edilir” - deyə İlyas Hüseynov əlavə edib.

Politoloq hesab edir ki, bu ərazidə sülhün və sabitliyin qorunmasına böyük ehtiyac var. Bu gün dövlətlər öz potensiallarını və niyyətlərini sülh naminə etməlidirlər və bu istiqamətdə praktiki addımlar atılmalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »