Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın istəyi odur ki, Rusiya bölgəni tamamilə tərk etsin"
"Azərbaycanın istəyi odur ki, Rusiya bölgəni tamamilə tərk etsin"

“Rusiya üçün Ukraynada vəziyyət ağırdır ki, Putin səfərbərlik elan etmək məcburiyyətində qaldı. Çünki müharibənin 7-ci aydır. Və Putin müharibəyə başlayanda az qüvvə ilə məsələni həll edəcəyini düşünürdü. Kievə yaxınlaşdılar. Sonra Ukrayna əks hücumla uzaqlaşdırdı. Müharibədə Ukrayna ordusu ard-arda həmlələr, uğurlar qazanır. Düzdür hər iki tərəf itki verir, amma Rusiyanın itkiləridə çoxdur. Özləri 5 min civarında itki olduğunu deyir. Ötən gün Şoyqu da bunu dedi. Amma bundan qat-qat çox olduğu bəllidir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elxan Şahinoğlu danışıb. Onun sözlərinə görə, itki sayı çox olsa da, bu gizlədilir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Ölü sayı çox olduğu üçün Putin səfərbərlik etmək məcburiyyətində qaldı. 300 min insanın orduya cəlb ediləcəyinin Rusiya cəmiyyətində etiraza səbəb olduğunu bildirən Elxan Şahinoğlu qeyd edir ki, Çeçenistan müharibəsində də belə olmuşdu. İtkilərin sayı artdıqca, müharibə uzandıqca rus cəmiyyətinin narazılığı artdı.

“O zamankı Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə Çeçen mücahidləri ilə “Xasavyurt” anlaşması imzalamaq məcburiyyətində qaldı” - deyən politoloq vurğulayır ki, bu müharibə Rusiyanın müharibəsi deyil və Putinin şəxsi müharibəsidir. Putinin şəxsi müharibəsində isə, rus cəmiyyətinin bir hissəsi ölümə göndərmək istəmir. Şahinoğlu bildirib ki, uzun bir müddət Putinin qərarlarına etirazlar olacaq.

“Putinin əlavə qüvvəyə ehtiyacı var. Qarabağda da qüvvə saxlayır. Demək çətindir ki, nə qədərini müharibəyə cəlb edə bilər. Çünki ara-sıra Qarabağda xidmət edən rus hərbçiləri də Ukrayna müharibəsinə göndərir. Əsir düşənlər arasında da belələri var. Azərbaycanın istəyi odur ki, Rusiya hərbçiləri bölgəni tamamilə tərk etsinlər. Yəni Ukraynada savaş aparıb, Qarabağda hərbi qüvvə də saxlayır. Biz istərdik ki, bu qüvvələr Qarabağ tərk etsin. Çünki hələ 3 illəri var. Nə qədər tez çıxsalar bizim üçün o qədər faydalıdır.

Ukraynadakı müharibə Rusiyanı taqətdən salır. Həm canlı qüvvə itkiləri var. Həm hərbi texnikasını itirir. Cəmiyyətfə artıq bu müharibə narazılıq yaradır.

İndi Putin beynəlxalq aləmi nüvə təhlükəsi ilə qorxudur. Referendumdan istədiyi nəticəni alsa, işğal altındakı ərazilərdə Zaparoje, Xerson, Luqansk və Donetski Rusiyaya birləşdirəcək. Və deyəcək ki, Rusiyaya hücum varsa, biz özümüzü qorumalıyıq” - deyən politoloq qeyd edib ki, bu beynəlxalq aləmdə çox ciddi təhdid yaradacaq. Müharibə, növbəti və ən təhlükəli mərhələsinə keçə bilər.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »