Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk qığılcımdan sonra İranda etirazlar - Video
İlk qığılcımdan sonra İranda etirazlar - Video

Son günlər İranda 22 yaşlı qadının ölkədə ciddi şəkildə tətbiq edilən İslami geyim qaydasını pozduğu üçün əxlaq polisi tərəfindən saxlanılarkən ölməsindən sonra etirazlar başlayıb.

Bizimyol.info "Associated Pres"ə istinadən xəbər verir ki, İranın əxlaq polisi tərəfindən baş örtüyü və ya hicabına görə həbs edilən Mahsa Aminin ölümü döyülmələr və mümkün həbslər qarşısında cəsarətli itaətsizlik nümayişlərinə səbəb olub.

Küçə etirazlarında bəzi qadınlar məcburi hicablarını cıraraq nümayişkaranə şəkildə havada fırladıblar. İnternetdə yayılan videolarda iki qadının hicablarını tonqala atması əks olunub. Daha bir qadın etiraz olaraq saçını kəsdirib.

Bir çox iranlılar, xüsusən də gənclər, Əmininin ölümünü İslam Respublikasının müxaliflərə qarşı sərt polis siyasətinin və əxlaq polisinin gənc qadınlara getdikcə daha şiddətli rəftarının bir hissəsi kimi gördüklərini deyiblər.

Nümayişlərin bəzilərində etirazçı qalınlala polis arasında toqquşma olub. Polis paytaxt Tehranda gözyaşardıcı qaz, tüstü qumbaralarından, etirazçılar isə daş və digər alətlər ataraq bir-birinə xəsarətlər yetiriblər. Etirazçılar həmçinin motosikletlə hərəkət edən Bəsic və ya İranın hərbiləşdirilmiş İnqilab Keşikçiləri Qvardiyasının könüllüləri tərəfindən təqib edilib və dəyənəklərlə döyülüb.

Bəsiclər su hüquqları və ölkənin çökən iqtisadiyyatı da daxil olmaqla, keçmişdə etirazları zorakılıqla yatırıblar.

Bununla belə, bəzi nümayişçilər həbs və hətta ölüm hökmü ehtimalına baxmayaraq, həm Ali Rəhbər Əli Xamneyinin hakimiyyətini, həm də İran teokratiyasını hədəf alaraq “diktatora ölüm” şüarları səsləndirirlər.

Təbrizdə isə milli azadlıq şüarları üstünlük təşkil edib. Güney Azərbaycan türkləri "Azadlıq, Ədalət, Milli Hökumət" şüarı ilə küçələrə çıxıblar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »