Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan diversiya qrupunun quraşdırdığı minalar aşkarlanıb
Ermənistan diversiya qrupunun quraşdırdığı minalar aşkarlanıb

Erməni təxribatı zamanı Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd "Э-001 М" tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.

Qeyd edək ki, "Э-001 М" tipli piyada əleyhinə mina Rusiya istehsalıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »