Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin açıqlaması ilə gərginlik artdı - İngiltərədən ilk reaksiya...
Putinin açıqlaması ilə gərginlik artdı - İngiltərədən ilk reaksiya...

Rusiya prezidenti Putinin “qismən səfərbərlik” qərarına ilk reaksiya Böyük Britaniyadan gəlib. Böyük Britaniyanın bəyanatında deyilir ki, Putinin təhdidləri ciddi qəbul edilməlidir.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-də başlayan Ukrayna müharibəsi ölkənin şərqindəki qarşıdurmalarla davam edərkən, bu səhər Rusiya prezidenti Putindən sürpriz açıqlama gəlib. Belə ki, qismən səfərbərlik elan etdiyini açıqlayan Rusiya lideri Qərbi açıq şəkildə qorxudub və “Mən Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var, bu zarafat deyil”,- deyə bildirib.

Rusiyada qismən səfərbərliyin əhatə dairəsi ilə bağlı açıqlamalar bir-birinin ardınca gəlsə də, qismən səfərbərlik qərarına ilk reaksiya İngiltərədən gəlib. Açıqlamada Putinin təhdidlərinin ciddiyə alınmalı olduğu bildirilib.

Xarici İşlər Nazirliyinin dövlət katibi Gillian Kiqan Rusiya prezidenti Putini tarixi yenidən yazmaqda ittiham edib. Kiqan deyib ki, Putinin verdiyi açıqlamalar narahatlıq yaradır. Bundan əlavə Kiqan Rusiya liderini öz mediasından kənara baxmağa çağırıb.

Onu da əlavə edək ki, Kiqan SKYNews-a açıqlaması zamanı bildirib ki, son vaxtlar gərginlikdə nəzərəçarpacaq dərəcədə artım var və təhdidlərə ciddi yanaşmaq lazımdır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü 210 gündür ki, davam edir. Bütün dünyanın gözü isə bu müharibədədir. Müharibənin hansı şərtlərlə bitəcəyi, qələbənin hansı tərəfdən yana olacağı hələ də məlum deyil.

Müharibənin gedişatına təsir etmək, Rusiyanın hücumunun qarşısını almaq üçün Avropa dövlətlərinin tətbiq etdiyi sanksiyalar isə hələ də davam edir. Lakin görünən odur ki, Rusiya prezidenti Putin bu sanksiyalara baxmayaraq dayanmaq niyyətində deyil.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »