Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Lavrovu müşayiət edəcək bəzi şəxslərə viza verməyib
ABŞ Lavrovu müşayiət edəcək bəzi şəxslərə viza verməyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, nazirin təyyarəsi Rusiyadan ABŞ-a qədər olan məsafəni şimal marşrutu ilə qət edərək, 12 saat ərzində dost olmayan ölkələrin üzərində dövrə vurarq onların hava yollarından istifadə edib. Uçuş zamanı gözlənilməz hallar baş verməyib.

Aeroprtda Rusiya nümayəndə heyətini xüsusi kortej qarşılayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Nyu-Yorkda Baş Assambleyanın özündə və 20-yə yaxın ikitərəfli görüşdə çıxışının planlaşdırıldığını bildirmişdi.

Rusiyanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən nümayəndə heyətinin rəsmi hissəsindən iki nəfər ABŞ vizası ala bilməyib. Bunu da çərşənbə günü Zaxarova bildirib.

O, Baş Assambleyada Rusiya nümayəndə heyətinin bir neçə qrupa bölündüyünü bildirib. “Birincisi rəsmi nümayəndə heyətidir, onun siyahısını Rusiya Federasiyasının prezidenti təsdiq edir. Bu dəfə nümayəndə heyətinə Rusiya Xarici İşlər Naziri Sergey Viktoroviç Lavrov başçılıq edir. Rəsmi nümayəndə heyətinin 10 üzvündən iki nəfərə viza verilməyib. Bu taktika artıq ABŞ-ın xoşagəlməz ənənəsinə çevrilib, lakin fakt faktlığında qalır. Biz həmişə olduğu kimi bu məsələ ilə bağlı bütün iddialarımızı bildirdik”, - Zaxarova deyib.

Həmçinin, onun sözlərinə görə, onu müşayiət edən şəxslərdən bir neçə nəfər - ekspertlər, diplomatlar və nümayəndə heyətinin işini təmin edən şəxslər ABŞ vizası almayıb: "Üçüncü kateqoriya isə jurnalistlərdir. Onlardan birinə viza verilməyib", - XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »