Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT TŞ-nın daimi üzvünün soyqırım etməsinə necə dözmək olar - Litva prezidenti
BMT TŞ-nın daimi üzvünün soyqırım etməsinə necə dözmək olar - Litva prezidenti

Litva prezidenti BMT Təhlükəsizlik Şurasının daimi üzvünün qonşu ölkəni məhv etmək üçün müharibə aparması vəziyyətini dözülməz hesab edir. O, Rusiyanın hərbi cinayətlərini mühakimə etmək üçün məhkəmənin yaradılmasını istəyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, bunu prezident Gitanas Nauseda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvünün soyqırımlı işğal və dağıntılarla müşahidə olunan müharibə aparmasına necə dözə bilərik? Həmin ölkə beynəlxalq qaydalara əsaslanan dünya nizamına qəddarcasına nifrət edir. Onun hərəkətləri bütün planetdə sülh və təhlükəsizliyin qorunmasını çətinləşdirməyə yönəlib”, - Litva lideri qeyd edib.

Onun fikrincə, energi fövqəldövləti maskası arxasında qonşularını işğal edib ilhaq etməyə çalışan təhlükəli imperiya dövləti dayanır. "Eyni zamanda Rusiya bu ilhaqı əsaslandırmaq üçün səbəblər axtarır", - deyib.

Litva Prezidenti vurğulayıb ki, BMT-nin hər bir üzvü bizim onilliklər ərzində yaratdığımız beynəlxalq nizamın qaydalarına hörmətlə yanaşmalıdır. Buna uyğun olaraq, beynəlxalq ictimaiyyət nəyin dözümlü, nəyin qeyri-mümkün olduğuna və hansı “qırmızı xətlərin keçdiyinə” qərar verməlidir.

“Beynəlxalq ictimaiyyət Ukraynaya qarşı müharibədə törədilmiş cinayətlərə görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb edilməsi üçün səylərini birləşdirməyə borcludur. Litva Ukrayna ərazisində baş verən kütləvi vəhşiliklərə görə məsuliyyətə cəlb etmək üçün mexanizmlərdən istifadə etməyə davam edəcək. Mən dünya ictimaiyyətini müharibə cinayətləri ilə bağlı xüsusi məhkəmə çağırmağa çağırıram. Bundan əlavə, bu cinayətlərin qurbanlarına dəymiş ziyanın ödənilməsi mexanizmini hazırlamaq lazımdır”, - deyə Litva Prezidenti yekunlaşdırıb.

Daha əvvəl xəbər verildiyimiz kimi, Kreml “xüsusi əməliyyat”ın geri dönüş nöqtəni keçdiyini bildirsə də, Ukrayna ilə danışıqlara hazır olduqlarını da bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »