Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı dəstəkləməyə çağırıb
Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı dəstəkləməyə çağırıb

Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ukraynada nüvə insidentlərinin qarşısının alınmasında səylərini dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Bizim vəzifəmiz nüvə təhlükəsizliyi üçün hərbi əməliyyatların nəticələrinin qarşısını almaq üçün AEBA-nın səylərini dəstəkləməkdir”, - Makron deyib.

O xatırladıb ki, agentliyin Ukraynaya missiyası bu yaxınlarda baş tutub və bunun ardınca müstəqil hesabat hazırlanıb.

"Nəticələri fəlakətli ola biləcək nüvə insidentləri riskinin qarşısını almaq üçün birlikdə çalışaq", - Makron qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »