Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ məhkəməsi Almaniya və Fransanın məlumat qaydalarını qanunsuz hesab edir
Aİ məhkəməsi Almaniya və Fransanın məlumat qaydalarını qanunsuz hesab edir

Mərkəzi ofisi Lüksemburqda yerləşən Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi rəqəmsal məlumatların saxlanması ilə bağlı Almaniya və Fransada açılan işlərlə bağlı qərar verib.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Almaniyada məlumatların saxlanması qaydalarının Aİ qanunlarına uyğun olmadığına qərar verib.

Qətnamədə “Aİ qanunvericiliyi milli təhlükəsizliyə ciddi təhdid olduğu hallar istisna olmaqla, trafik və məkan məlumatlarının ümumi və ayrı-seçkilik olmadan saxlanmasının qarşısını alır”,- ifadəsindən istifadə edilmişdir.

Bildirilir ki, məhkəmə qərar verib ki, üzv dövlətlər məlumatlardan yalnız ciddi şərtlər altında və mütənasib şəkildə ağır cinayətlərlə mübarizə üçün istifadə edə bilərlər.

Bundan əlavə, Avropa Ədalət Məhkəməsi Fransada kütləvi məlumatların saxlanmasına dair qanunun da Aİ qanunlarını pozduğuna qərar verib.

Məhkəmənin qərarına görə, operatorlar tərəfindən rəqəmsal trafik məlumatlarının ümumi və ayrı-seçkilik olmadan bir il ərzində saxlanması bazardan sui-istifadə ilə mübarizə tədbiri ola bilməz.

Almaniyanın rabitə qanunu xidmət təminatçılarından telefon və internet məlumatlarını 10 həftəyə qədər saxlamağı və lazım gələrsə, bu məlumatları səlahiyyətli şəxslərə təhvil verməyi tələb edir.

Deutsche telekom və internet şirkəti SpaceNet, sözügedən tətbiqin AB qaydalarını pozduğunu iddia edərək, ona qarşı hüquqi əməliyyat başladıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »