Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan Rusiya yük maşınlarını sərhəddə saxlamağa başlayıb
Qazaxıstan Rusiya yük maşınlarını sərhəddə saxlamağa başlayıb

Qazaxıstan Rusiya barədə ritorikasında çox qətiyyətli görünür. Orta Asiya ölkəsi Ukraynanın torpaqlarının ələ keçirilməsini pisləyir. Prezident Qasım-Comərd Tokayev Kreml rəhbəri Vladimir Putinlə görüşdə belə, SSRİ-nin bərpası ideyası barədə tənqidi fikir deməyə cəsarət göstərmişdi.

Bizimyol.info xəbər verir ki, Qazaxıstan Rusiya yük maşınlarını sərhəddə saxlamağa başlayıb. Kremlə yaxın mətbuat 8 avtomobil karvanının Orta Asiya ölkəsinə buraxılmadığını yazır. Söhbət Avropa mallarının tranzit daşınmasından gedir. Avtomobillə daşınma beynəlxalq assosiasiyası bunun üçün narahatlıq ifadə edib. Bildirildiyinə görə, sərhəddə sürücülərin əlindən bütün sənədləri alıblar. Onlar heç yerə gedə bilmir. Məhsullar xarab olmaq təhlükəsi ilə üzləşib.

Qazaxıstan niyə belə davranır? Çünki Astana qaydaların dəyişməsini istəyir. Orta Asiya ölkəsinin tranzitlə bağlı yeni tələbləri var. Postsovet dövləti qaydaları özü müəyyənləşdirmək arzusundadır.

Qazaxıstanla Rusiyanın münasibətləri zamanla korlanır. Rusiya mətbuatı yazır ki, Astana neftin şimal ölkəsindən nəqlindən yan ötmək üçün Azərbaycan variantı üzərində düşünür. Yəni Qazaxıstan Rusiya ilə heç bir əməkdaşlıq etmək istəmir.

Son illər Orta Asiya ölkəsində rusdillilərlə bağlı xeyli qalmaqal baş verib. Dil islahatlarından sonra Qazaxıstanda milətçilər fəallaşıb. Onlar rusdillilərdən yerli dildə danışmağı tələb edirlər. Millətçi dəstələr dövlət orqanlarına daxil olur, rusca ifadə olunan əməkdaşları təhqir etməkdən də çəkinmirdilər. Sosial mediada bununla bağlı xeyli videolar yayılıb. Moskvanın həmin şəxsləri cəzalandırmaq tələbi havada qalır. Millətçi dəstələrin rusdilli vətəndaşları döydüyü epizodlar da az olmayıb.

Ümumiyyətlə, Nursultan Nazarbayev erasından sonra Qazaxıstan hakimiyyəti Rusiya ilə məsafə saxlamağa çalışır. Çünki Kreml Orta Asiya dövləti üçün həmişə təhlükədir. Rusiya rəhbərliyi dəfələrlə Qazaxıstan torpaqlarının da bir vaxtlar Moskvaya məxsus olmasını dilə gətirib. Tokayevin təkhakimiyyətlik dövründə Kremli yaxına buraxmamaq siyasəti yürüdülür. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq müzakirə mövzusudur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »