Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Belarusdan “yeni Ukrayna” yaratmaq istəyirlər"
Lukaşenko: "Belarusdan “yeni Ukrayna” yaratmaq istəyirlər"

"Onlar Belarusdan “yeni Ukrayna” yaratmaq və NATO-ya daxil etmək istəyirlər".

Bizimyol.info xəbər verir ki, "BelTA" agentliyinnin verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Ukraynada təkcə hakimiyyəti devirmək üçün deyil, artıq müəyyən alaylar və ya batalyonlar yaradılır. Məqsəd də odur ki, Belarusu qoparıb NATO blokuna daxil etsinlər. Onlar burada, Belarusda yenidən yeni Ukrayna yaratmaq istəyirlər. Bu, qəbuledilməzdir. Biz buna yol vermərik, həm də Rusiya bizim əzəli dostumuzdur, biz qardaş dövlətlərik, bu onlara xəyanət etmək olar. Mən bu barədə tam səmimi danışıram. İstəyirəm ki, vəziyyəti xalqa tam izah edə bilim. Bilsinlər ki, bizi aparmaq istədikləri yol budur”,- Belarus lideri çərşənbə axşamı Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə görüşündə vurğulayıb.

Lukaşenko bildirib ki, indi Belarusu tərk edən müxalifətçilər və onların qohumları barədə getdikcə daha çox məlumat gəlir: “Onlar oturub gözləyirdilər, amma bu gün ölkədə biznes qurub pul qazanırlar. Həm də bunu gizlətmədən, birbaşa deyirlər ki, indi burada bir az pul yığacağıq, sonra burada iğtişaş təşkil edəcəyik”,- deyə Belarus prezidenti qeyd edib.

Lukaşenko vurğulayıb ki, 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra baş verənləri nəzərə alaraq sakitləşmək olmaz: “Sizi dinc yaşamağa qoymayacaqlar, həmişə bütün istiqamətlərdə təzyiq göstərəcəklər və lazım olan anda yenə darmadağın edəcəklər, bombalayacaqlar. Çünki onların "əli" buradadır və onlar xalqa xəyanət edən adlardır”,- deyə Lukaşenko qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »