Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hazırda davam edən Səfər ayı niyə ağır hesab edilir?
Hazırda davam edən Səfər ayı niyə ağır hesab edilir?

Bildiyiniz kimi Azərbaycanda ümumi olaraq məhərrəmlik adlanan iki aydan - Məhərrəm və Səfər aylarından ibarət olan bir dövrü yaşayırıq. İndi hazırda Səfər ayındayıq. Səfər ayı İslam təqvimində ağır ay hesab edilir.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Səfər” ərəb mənşəli sözdür. Sözün hərfi mənası haqqında bir neçə müxtəlif fikir vardır. Belə ki, səfər “sıfır” sözündən əmələ gəlmiş və “içi boş olan” mənasını bildirir. Səfər sözünün bu mənanı bildirməsinin əsas səbəbi ərəblərin həmin ayda döyüşə və qənimət toplamaq üçün evlərindən çıxmasına görədir. Çünki ərəblər hicri qəməri təqvimin ilk ayı olan məhərrəmlikdə evlərində oturar, həmin ayda heç bir döyüşə və səfərə çıxmazlarmış.

İbrahim Quliyev İbrahim Quliyev

“Görkəmli lüğətşünas İbn Mənzura görə, səfər ayının bu mənanı bildirməsinin səbəbi ərəblər bu ayda qəbilələrə basqın edirdilər və basqına məruz qalanlar zəfərlə rastlaşanları tərk edirdilər (yəni basqına məruz qalanın malı-mülkü qarət edilir və o, öz mülkünü atıb qaçdığında evi boş qalar).

Səfər ayı haqqındakı ikinci görüş sözün “sufrəh” kökündən əmələ gəlməsidir. Bu söz, “sarı” mənasını bildirir. Ehtimal edilir ki, bu ay adlanarkən payız fəslinə təsadüf etmiş və ağacların yarpaqları sarı olduğundan belə adlandırılmışdır.

Cahiliyyə dövrünün ərəbləri bu ayda quş uçurar və uçan quşun istiqamətinə görə öz işlərinin uğurlu və ya uğursuz olmasına inanardılar. Lakin İslam dini meydana gəldikdən sonra Həzrət Peyğəmbər belə inanclara qarşı ciddi mübarizə aparmış, işlərin uğurlu və ya uğursuzluğunda ayların heç bir rolunun olmadığını vurğulamışdır. Buna görə də İslam mədəniyyətində səfər ayının adı “səfərül-xeyir” və ya “səfərül-müzəffər” kimi qeyd edilmişdir” - deyə ilahiyyatçı bildirib. Onun sözlərinə görə, xalq arasında səfər ayının “nəsh” və ya “ağır” olması haqqında müxtəlif inanclar vardır. Belə güman etmək olar ki, ərəblər həmin ayda müharibələrə getdiklərindən və bəzən müharibələrdə həlak olduqlarından bu ay “nəsh” ay kimi yaddaşlara həkk olunmuşdur.

  • Səfər ayı niyə ağır hesab edilir?

İlahiyyatçı bildirir ki, səfər ayının ağır bir ay olması çox güman ki, bu ayda Həzrət Peyğəmbər əziz nəvəsi və II Əhli-beyt imamı Həsən bin İmam Əlinin (624-671) vəfat etməsi, digər nəvəsi İmam Hüseynin (625-680) qırx mərasiminin bu aya təsdaüf etməsi ilə bağlı ola bilər. Lakin bunu xüsusi olaraq vurğulayırıq ki, səfər ayının nəsh adlanmasının heç bir dini əsası yoxdur.

“Səfər ayı haqqında hədis mənbələrində bəzi məlumata rast gəlinir. Məsələn, hədislərinin birində Həzrət Peyğəmbər, “Hər kim səfər ayında öz dost-qardaşına qarşı gülərüz olsa, bu, onun üçün sədəqə sayılar. Kim bu ayda bir kimsəni bir pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsə, bu da onun üçün sədəqədir. Yolunu azmışlara yol göstərmək, yolu təmizləmək də sədəqədir” deyir”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »