Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın İranla diplomatik münasibətləri tam olaraq pozulacaq"
"Azərbaycanın İranla diplomatik münasibətləri tam olaraq pozulacaq"

“Sentyabr ayında, 2020-ci ildə də müharibə sentyabr ayına təsadüf etmişdi. Ayın rəqəmi olaraq 9 rəqəmi ümumiyətlə böyük dəyişikliklər rəqəmidir. Ancaq, baş verən itkiləri numerologiya ilə əlaqələndirmək olmaz. Çünki, bu da rəqəm olaraq tam dəqiq rəqəm deyil. İlk öncə 50 dedilər, sonra 71, sonra 77. Müharibə olan dövrdə şəhidlərin sayı çox ola bilər, az ola bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına numeroloq Xəyal Məmmədov danışıb. O, qeyd edib ki, baş verənlərin numerologiya ilə heç bir əlaqəsi yoxdur.

Numereoloq Xəyal Məmmədov Xəyal Məmmədov

“Təəssüflər olsun ki, bu belədir. Ancaq ola bilər şəhidlərin sayı bir az da artmış olar. Çünki, hardasa cəsədlərin qalığı ola bilər, yaralılar ola bilər” - deyə numeroloq bildirib O, qeyd edib ki, 2022-ci ildə 2 rəqəmlərinin çoxluğu neqativ haldır.

“Yəni 0 ilə 2 eyni tarixdə olanda, bu çox neqativ haldır. Bu ilin sonuna qədər təxribatlar da ola biləcək. İstər cəbhə bölgəsinə, istər siyasi müstəvidə, istər hərbi müstəvidə. Bu, hələ davam edəcək. Bu, mütləq şəkildədir. Ancaq mən bunu hər zaman demişdim. Bunun üçün güclü siyasətçi olmağa dəyməz. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Zəngəzur dəhlizinin açılması tək bir tərəfə sərf etmir, o da İrandır. Bu hadisələrə İranın da müdaxilələri olacaq. Yaxın zamanda Azərbaycanın İranla diplomatik münasibətləri tam olaraq pozulacaq. Və hazırda baş verənlər bunu göstərir. Mən hesablamaları çox öncədən edib, bunu müsahibələrdə insanlara bildirmişdim. Yəni, bu ilin axırına kimi ən azından ehtiyatlı olmaq lazımdır. Mənim bu müsahibəmi nə vaxtsa hərbçilər oxuyarsa, istəyərdim onlara da çatsın fikirlərim. Diqqətli və ayıq olsunlar. Çünki, bu il olaraq neqativ ildir və burda hər an ermənilər tərəfindən hansısa təxribat olabilər. Rəqəmlər bunu göstərir”.- deyə numeroloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »