Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Son əməliyyatlarda bir daha sübut olundu ki, güclü ordumuz var"
"Son əməliyyatlarda bir daha sübut olundu ki, güclü ordumuz var"

Əsas məqamlardan biri odur ki, artıq Azərbaycan Ordusu kifayət qədər püxtələşmiş bir ordudur və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilər. Yaralı kontingentə baxanda onların erməninin səngərinə qədər mübarizə apardığı göz qabağındadır. Bunu alınan yaralara da baxanda hiss etmək olur. Əsas məqam odur ki, bu gün Azərbaycanın quruda, dənizdə və səmada döyüşən ordusu var. Ordumuzun pilotsuz uçan aqreqatları, helikopterləri və bu texnikaları idarə edən milli kadr potensialı var.

Bu barədə Bizimyol.info xəbər portalına deputat Arzu Nağıyev danışıb. O, qeyd edib ki, Azərbaycan ordusunun rəşadətli olduğunu son əməliyyatlar bir daha göstərib. Ordu yüksək peşəkarlıqla üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirə bilir.

Arzu Nağıyev Arzu Nağıyev

Deputat vurğulayıb ki, müasir texnikadan istifadə edən peşəkar kadrların olması ordunun gücünü sübut edir.

“Son əməliyyatlarda bir daha sübut olundu ki, güclü ordumuz var. Erməni təxribatının qarşısı ən yüssək peşəkarlıqla alındı. Azərbaycan xalqı da bir daha əmin oldu ki, onun təhlükəsizliyini qoruya biləcək bir ordu var. Helikopterlərdən, aviasiyadan, pilotsuz uçan aparatlardan istifadə edərək, gecə saatlarında və dağ şəraitində hərbi əməliyyatların aparılması xüsusi hərbi imkanlar tələb edir. Bunu Azərbaycan ordusu çox ciddi şəkildə bacara bildi. Postların neytrallaşması, bunkerlərin dağıdılması ordumuzun əməliyyatlarında ordu mənsublarının gücünü göstərdi” - deyə deputat qeyd edib.

Arzu Nağıyev hesab edir ki, artıq Azərbaycan xalqı bilir ki, ordu daim onun təhlükəsizliyini qorumaqdadır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »