Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Regionda Fransanın balansı Britaniyadan da zəifdir"
"Regionda Fransanın balansı Britaniyadan da zəifdir"

“Hazırda regionda siyasi vəziyyəti və Fransanın regiondakı nüfuzu real balansı köklü şəkildə dəyişdirmə imkanı yoxdur. Yəni, Fransa Qafqazda zəif aktyordur. Bu gün regionda balansı dəyişdirə biləcək aktyorlar Rusiya, Türkiyə, Azərbaycandır. Bu mənada Fransanın balansı Britaniyadan da zəifdir”.

Bu barədə Bizimyol.info xəbər protalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. O, qeyd edib ki, Fransanın balansını dəyişə bilmədiyi yerdə 2 funksiyası ola bilər. Ya sülh danışığı prosesini dəstəkləyəci mahiyyətdə olmaq, ki, bunun Fransaya gətirə biləcəyi üstünlüklər var: “Məsələn, hazırda burdan sülh danışıqlarının davam etməsi, bu regionda Rusiyaya alternativ qazın axmasını təmin edə bilər. Ermənistanın rifahına xidmət edə bilər. Ermənistan-Fransa arasındakı münasibətlərə pozitiv təsir edə bilər. Və erməni diasporunun gözündə Macronu üstün hala gətirə bilər. Bunun riskləri də var. Riskləri də odur ki, bu diaspor Fransada radikal baxışlara sahibdir. O baxışlarda müəyyən neqativlər özünü göstərir. Fransanın edə biləcəyi 3-cü variant prosesi sabotaj etmək ola bilər. Bu sabotaj üçün müəyyən işarələr də görünür. Minsk Qrupunun həmsədri olmaq, Minsk Qrupunu fəallaşdırmaq istiqamətindəki səyləri müəyyən müharibə dövründən sonrakı Azərbaycanın arzu etmədiyi nəticələr. Ancaq mənim görə bildiyim qədərilə, Fransa çox könüllü olmasa da, orta yol seçib. Müharibə dövründə Ermənistan tərəfində çıxış etmək istəyir”.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

Nazim Cəfərsoy qeyd edib ki, bu məqamda Fransa, Azərbaycanın və Türkiyənin kəskin neqativ mövqeyi ilə yan-yana qaldı. Ekspert hesab edir ki, Fransanın bölgədə bu proseslərdə müəyyən qədər dəstək ala biləcəyi Rusiya ilə münasibətləri çox pis vəziyyətdədir.

“Bu kontekstdə sülh müzakirələrini aparmaq istiqamətində hadisələrə dəstək verə biləcəyini düşünürəm ki, Fransa da hal-hazırda onu edir. Makron, Azərbaycan və Ermənistan rəhbərlərini görüşünü təşkil etmişdi. Əlavə olaraq, Fransanın Avropa Birliyi üzərindən, Şarl Mişel üzərindən sülh danışıqlarında aktiv rol almasını təmin etməkdədir. Bu istiqamətdə yetərincə addımlar atılır.

Şarl Mişel fransız mənşəli Belçikalı siyasətçidir. Fransanın arxasında dəstək olduğu zaman-zaman bildirilir. Bu kontekstdə baxdığımız zaman, əslində, Fransa bu proseslərə Avropa Birliyi üzərindən dəstək verir. Və mövcud geosiyasi balans bu prosesə dəstək verməsini gözlənilən edir. Bu dəstək birmənalı olmayacaq. Zaman-zaman Azərbaycanı, Türkiyəni və Rusiyanı narahat edən tonlar da daşıyacaq. Minsk Qrupunun həmsədrlik məsələsinin bir az aktivləşdirməsi, sonra dayandırması, sonra da təkrardan fikirləşməsi buna xidmət edir” - deyən Nazim Cəfərsoy bildirib ki, Makron Minsk qrupunun söhbətini Fransa ortaya ataraq, müzakirə prosesindəki mövqeyini gücləndirməyə çalışır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »