Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General: Ukrayna iki-üç ilə "F-16" qırıcıları ala bilər
General: Ukrayna iki-üç ilə "F-16" qırıcıları ala bilər

"Ukrayna "F-16" qırıcı-bombardmançı təyyarələrinin Kiyevə tədarükü ilə bağlı siyasi qərar qəbul olunarsa, iki-üç ildən sonra alacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker məlumat verib.

Onun sözlərinə görə, Qərb Ukraynaya gələcək hərbi yardım planlarını quraraq uzunmüddətli perspektivdə daha çox düşünməyə başlayır. “Ukraynada döyüşlər çox güman ki, aylarla deyil, illərlə davam edəcək”,- Hekker ABŞ Hava və Kosmik Qüvvələri Assosiasiyasının ev sahibliyi etdiyi konfransdakı çıxışı zamanı deyib.

Hekker bildirib ki, "F-16"lar “pilot hazırlığı və logistika məsələlərinə görə onları Kiyevə göndərmək üçün hər hansı siyasi qərar qəbul edildikdən sonra iki-üç il ərzində Ukraynaya tədarük edilə bilər. Amerikalı hərbi lider deyib ki, Ukrayna Qərb tərəfindən silah-sursat təhcizatı sayəsində kifayyət qədər təminatlıdır və baş verənləri “üçüncü dünya müharibəsinə” çevirmədən “mübarizə aparmaq üçün lazım olan hər şeyə malikdir.

Generalın sözlərinə görə, Vaşinqton Kiyevə operativ kəşfiyyat məlumatları, xüsusən də Ukraynadakı Rusiya qüvvələrinin anbarları barədə məlumat ötürür. Eyni zamanda o, bildirib ki, ABŞ belə hədəflərin seçimi ilə məşğul deyil: “Biz bu cür hərbi mülklərin harada yerləşdiyini təhvil veririk və bundan sonra Ukrayna hakimiyyəti həmin yerə zərbə vurmağı istəyib-istəməmələri barədə qərar verirlər”, - Hekker deyib.

Eyni zamanda general əlavə edib ki, əvvəllər Ukrayna Silahlı Qüvvələri bu cür hədəflərə zərbələr endirməkdə çətinlik çəkirdi: "Ancaq sonra onlar HIMARS çoxlu reaktiv yaylım atəşi sistemləri aldılar, və vəziyyət dəyişdi", - deyə Hekker bildirib.

Politico yazır ki, o, Ukraynanın hava qüvvələrinə hücumların "təxminən 80%-nin" qarşısını alındığını iddia edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »