Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçiriləcək
Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçiriləcək

Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı, Yelo Bankın baş sponsorluğu ilə 24 sentyabr 2022-ci il tarixində EGP Arenada “Bakı Dizayn Festivalı” baş tutacaq. Bu il BDF Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunub.

Bizimyol.info xəbər portalı festivalın media tərəfdaşı olaraq xəbər verir ki, ölkəmizdə ilk dəfə baş tutacaq Dizayn Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini  təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır. Bakı Dizayn Festivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinə güclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalq rəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək öz böyük təcrübələrini auditoriya ilə bölüşəcəklər.

Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art instalyasilar sərgilənəcək. Yaradıcılıq zonasının əsas bu ilki mövzusu qlobal istiləşmə və su probləmlərinə yönəlib. Bununla bağlı rəssamlar damcı şəkilli maket üzərində rəsm çəkəcəklər. Bundan başqa qrafitti rəssamları onlar üçün ayrılmış  xüsusi zonada öz yaradıcılıqlarını  göstərəcəklər. Art zonada rəngkarlar Ramilə Şamilova, Anar Şəmsi, Roza Muradova, Zöhrab Salam-Zadə, Aynur Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə,  Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirak edirlər. Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina Bocharova, Murad Vəliyev və digər sənətkarların art instalyasiyaları sərgilənəcək.

Festival zamanı 44 günlük Vətən Müharibəsi iştirakçısı olan dizaynerlərə hədiyyələr təqdim olunacaq.

Festivalın tərəfdaşları Azerbaycan Dövlət  Reklam Agentliyi, "Azerbaycan Reklamçılar İttifaqı" İctimai Birliyi, ABAD, Yello Ad reklam agentliyi, Magenta reklam və çap şirkəti,  Azerizone, Led.az,  Su İdman Sarayı, media tərəfdaşları Asan Radio və “Bizimyol.info”  xəbər portalıdır.

Festival haqqında ətraflı məlumat üçün https://bakudesignfestival.com/

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »