"Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Dnepr çayında Rusiya işğalçılarına aid texnika və canlı qüvvəni daşıyan bərəni batırıb".
Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkədə xəbər yayımlayan “Cənub” Əməliyyat Komandanlığının məlumatına görə, vəziyyət stabil olaraq gərgindir, lakin nəzarət altındadır.
“Xüsusən də düşmən diqqətini müdafiənin təşkilinə və işğal olunmuş əraziləri saxlamağa çalışmaqda davam edir. Həmçinin Ukrayna Müdafiə Qüvvələrinin aktiv əməliyyatlarını pozmağa, qoşunlarımızın təmas xətti boyunca mövqelərini atəşə tutmağa çalışır. Müəyyən itiqamətlərdə düşmən öz bölmələrini yenidən qruplaşdırmaq, ehtiyatları cəlb etmək və hava kəşfiyyatını işə salmaq üçün tədbirlər həyata keçirir.
Düşmən taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Davıdov Brod-Beloqorka istiqamətində motoatıcı tağım qüvvələri ilə hücum əməliyyatları keçirməyə cəhd edib. O, vaxtında aşkar edilib və artilleriya atəşi ilə dayandırılıb. Onlar itki verərək geri çəkilib”,- məlumatda deyilir.
“Novaya Kaxovka və Kazatski ərazisində Dnepr üzərində alternativ keçid qurmaq cəhdləri uğursuz oldu. Keçid atəşin idarə olunmasına tab gətirə bilməyib və dayanıb. Silah, texnika və canlı qüvvə ilə yüklənmiş bərə atəşə məruz qalaraq batıb.
Həmçinin, döyüş günü ərzində düşmən cəbhə xətti boyunca, ona bitişik ərazi birləşmələrində Ukraynanın mövqelərini atəşə tutmaqda davam edib, 3 hava və 3 raket zərbəsi endirib.
Bundan əlavə, Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda düşmən kritik infrastruktur obyektlərinə raket zərbələri ilə şantaj etməyə davam edib. Canlı itkilər yoxdur”,- deyə xəbərdə bildirilir.
“Axşam saatlarında Nikolayev vilayətinin Baştanski rayonunda “Smerç” reaktiv yaylım atəşi sistemlərindən, daha sonra isə S-300 zenit-raket komplekslərindən raketlər atıblar. Raketlər açıq sahələr olan, kənd təsərrüfatı torpaqlarına düşüb. İnsan itkisi yoxdur”,- məlumatda deyilir.
Daha əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Nataliya Qumenyuk bildirib ki, Rusiya ordusu yüksək gücdən ibarət aktiv qüvvə toplaya bilmir.
Qadir, Bizimyol.info