Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin London küçələrində çəkilən görüntüləri gündəm oldu - Video
Baydenin London küçələrində çəkilən görüntüləri gündəm oldu - Video

İngiltərədə taxt-tacın hökmdarı 70 yaşlı Kraliça II Elizabetin bu gün paytaxt Londonda təşkil edilən dəfn mərasiminə qatılan ABŞ prezidenti Co Bayden səhər saatlarında şəhərin küçələrində tıxacda qalıb.

Bizimyol.info xəbər verir ki, Baydenin zirehli limuzini bu səhər Kraliçanın dəfn mərasimi üçün Westminster kilsəsinə gedərkən tıxacda ilişib qalıb.

Bildirilir ki, əvvəl Britaniya hökuməti Kraliçanın dəfn mərasimi üçün protokol şərtləri müəyyən etmiş, lakin liderlərin əksəriyyətinin bu qadağalardan azad ediləcəyi açıqlanmışdı. Belə ki, protokol qaydalarına əsasən, liderlərdən avtobusla dəfn mərasiminə qatılmaları istənilib. Lakin bu qaydadan azad edilən liderlərdən biri ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden şəxsi avtomobilləri ilə mərasimə yollanıblar.

Lakin ingilislərin bölgəyə axını ilə nəqliyyatın hərəkəti dayanıb, ABŞ prezidenti və birinci xanım tıxacda qalıb.

Həmin an çəkilən kadrlarda qəfildən ABŞ prezidentini görən kütlə şoka düşüb və gülərək “Bayden” deyə səsləyiblər. Görüntülərdən görünür ki, Beyden onun adını qışqıran kütləyə əl yelləyib. Kütlənin içindən bir şəxsin həyəcanla Baydenə tərəf hərəkət etməsi və polis tərəfindən uzaqlaşdırıldığı anlar da kameralara əks olunub.

Xatırladaq ki, dünən Bayden cütlüyü Kraliça II Elizabetə ehtiramlarını bildirmək üçün Westminster Hall-a baş çəkiblər. Bu gün cütlük Vestminster kilsəsindəki mərasimdə iştirak edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »