Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pelosinin məqsədi mümkün qədər çox erməni səsi qazanmaqdır"
"Pelosinin məqsədi mümkün qədər çox erməni səsi qazanmaqdır"

“ABŞ Demokratlarının seçkilərdə Respublikaçılara böyük fərqlə uduzacağı gözlənilir. 82 yaşlı Nensi Pelosinin Ermənistana səfəri seçkilərdə mümkün qədər çox erməni səsini qazanmaq üçündür”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb. O, qeyd edib ki, bu səfər bölgədə yaranmış gərginlikdən xeyli öncə razılaşdırılmışdı. Onun sözlərinə görə, erməni lobbisi isə perspektivsiz siyasətə yatırım etməyəcək.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

Vasif Əfəndiyevin fikrincə, Pelosinin Ermənistanda səsləndirdiyi bəyanatlar isə yalnız təsəlliverici çağırışlardır. Politoloq qeyd edir ki, Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün bufer zona yaratmaq hüququ var. Bu üsul, indiyə qədər və günümzdə fəal şəkildə tətbiq edilir.

“BMT TŞ-da ABŞ-ın dəstək verdiyi üçtərəfli razıalşamaya əsasən Ermənistan qoşunları Azərbaycanın Qarabağ iqtisadi rayonunda çıxarılmalı idi.İki il zaman keçməsinə baxmayaraq Ermənistan bu istiqamətdə heç bir iş görməyib və bunun üçün cəhd də etmir”,- deyə politoloq əlavə edib. O, hesab edir ki, Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün xüsusi əməliyyatı beynəlxalq normalara uyğundur.

“Hələ ermənilər çox sağ ol desinlər ki, biz Xankəndini boşaltmamışıq. Ermənistanın delimitasiya və denasifikasiya edilməsi regionun təhllükəsizliyi və davamlı sülhün təmin olunması üçün qaçılmazdır” - deyə politoloq qeyd edir.

Xatırladaq ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və konqres üzvlərindən ibarət nümayəndə heyəti Ermənistana ziyarət edib. Avqust ayında Tayvana səfər edərək regionda gərginliyə səbəb olan, Çin və ABŞ-ı bir-birinə qarşı çıxaran Pelosi bu dəfə Ermənistana səfəri zamanı Azərbaycan-Ermənistan münaqişələri ilə bağlı təxribat xarakterli açıqlamalar verib.

Pelosi İrəvanda qondarma erməni soyqırımı qurbanları üçün ucaldılmış abidəni ziyarət edib. Daha sonra Ermənistan Milli Məclisinin sədri Alen Simonyanla görüşən Pelosi ilk diplomatik görüşündə Azərbaycan və Türkiyəyə qarşı təxribat xarakterli bəyanatlar verib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Pelosi bildirib ki, baş verənlərin təşəbbüskarı Azərbaycandır.

“Bu, qəbul edilməlidir. Azərbaycanın Ermənistana qarşı qanunsuz və ölümcül hücumları səbəbindən Ermənistana səfərimiz böyük əhəmiyyət kəsb edir. Biz baş verənləri qətiyyətlə pisləyirik" - deyə Pelosi bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »