“Azərbaycan ordusunun keçən həftə torpaqlarına hücuma qarşı verdiyi cavab, qisas əməliyyatı-layiqli cavab Azərbaycan ordu quruculuğunun gəldiyi səviyyə baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu dünyanın ən böyük ordularının sahib olduğu xüsusiyyətlərə malikdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz danışıb.

“24 saat, gecə-gündüz fərq etmədən, hər cür yüksəklik və istənilən ərazi şərtlərində, istənilən müasir texnikanı istifadə edə bilən düşmənə maksimum zərər verib. Özünün minimum itki ilə hərbi əməliyyatı həyata keçirə bilməsi, Azərbaycan Ordusunu dünyanın sayılıb-seçilən ordusu halına gətirib çıxarır. Təbii ki, qısa müddətdə əldə edilən bu səviyyə ordu quruculuğunun nə olduğunu bilməyənlər üçün çox böyük əhəmiyyət kəbs etməyə bilər. Amma bizim kimi ordu quruculuğunun nə qədər zəhmətli, çətin olduğunu bilənlər üçün böyük məna daşıyır”,- deyə general əlavə edib.
Yücel Karauz bildirib ki, 1992-ci ildən etibarən gecə-gündüz demədən, Azərbaycan ordu quruculuğu böyük addımlar atıb. Eyni zamanda həm keçmiş təcrübələr, həm də NATO ilə əməkdaşlıq çərçivəsində, bununla yanaşı Türkiyə ilə olan 1992-ci ildə imzaladığı “Hərbi Əməkdaşlıq” nəticəsində bu səviyyələrə çatıb.
“Bu gün dünyada həm NATO təcrübəsinə sahib, həm köhnə Varşava birliyi təcrübəsinə sahib azsaylı ordulardan biri Azərbaycan ordusudur. Buna görə də bu gücünə Böyük Vətən müharibəsində və keçən həftə işərisində böyük bir qalibiyət alaraq göstərib. Burda qeyd edilməsi vacib nüanslardan biri də Azərbaycan əsgərinin qəhrəmanlığı, vətənsevərliyi, anasının oxuduğu laylalarda eşitdiyi zəfər hissini ərazidə düşmənə qarşı göstərməsidir. Və Azərbaycan bu şəkildə davam etdiyi təqdirdə və orduya göstərdiyi diqqət sayəsində dünya ordu siyahısında gün keçdikcə daha yaxşı yerlərə gələcək” - deyə Yücel Karauz qeyd edib.
İlahin, Bizimyol.info