Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mən uşağı oğurlamamışam, atası mənə 3 min manata satıb...”
“Mən uşağı oğurlamamışam, atası mənə 3 min manata satıb...”

Bakıda uşaq oğurluğu ittihamıyla həbs olunan Gültəkin Muradova deyir ki, əslində, o uşağı atası özü satıb. 53 yaşlı qadın ona qarşı irəli sürülmüş ittihamla razılaşmır.

Bizimyol.info xəbər verir ki, 1969-cu il təvəllüdlü Gültəkin Muradova 2022-ci ilin yanvarından həbsdədir. O, dekabrın 29-da Bakının Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Şıxəliyevi oğurlamaqda ittiham edilir. Adıçəkilən uşaq yanvarın 8-də tapılıb. Həmin vaxt hüquq-mühafizə orqanları Məhəmməd və daha üç bacı-qardaşının yaşayışını, valideynlərin onlara qarşı davranışını araşdırıb. Son nəticədə müvafiq icra hakimiyyəti orqanının qərarıyla uşaqlar valideynlərdən alınaraq, sığınacağa yerləşdirilib.

Cinayət işinin materiallarına əsasən, valideynlər narkotik istifadəçisidir.

İttihamda yazılıb ki, Gültəkin Muradova uşağı övladlığa götürmək məqsədilə oğurlayıb. O, özü uşaq dünyaya gətirə bilməyib. Qeyri-rəsmi birlikdə yaşadığı şəxslə Kürdəxanı qəsəbəsində kirayə qalan Gültəkin Muradova ətraf qəsəbələri gəzib, övladlığa götürmək üçün uşaq axtarıb və nəhayət, Məhəmmədi oğurlamaq qərarı verib.

Amma Gültəkin Muradova deyir ki, uşağı atası satıb. Onun sözlərinə görə, Məhəmmədə görə atasına 3 min manat pul verib: “O uşaqlara yazığım gəlirdi. Soruq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.

O, əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

Hadisədən sonra Daxili İşlər Nazirliyi uşağın atası Elgün Nəsirov və təqsirləndirilən Gültəkin Muradovanın qeyri-rəsmi birlikdə yaşadığı Şamil Əliyevin də saxlanılaraq istintaqa cəlb olunması barədə məlumat yaymışdı. Elgün Nəsirovun uşağın oğurlanması prosesində iştirakıyla bağlı şübhələr vardı.

Lakin adları çəkilən şəxslərlə bağlı araşdırmaların nəticəsi məlum deyil.

Gültəkin Muradova Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »