Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Modul tipli məktəblərin quraşdırılmasına 5 milyon manat ayrılıb
Modul tipli məktəblərin quraşdırılmasına 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı bu sərəncama əlavəyə uyğun olaraq Elm və Təhsil Nazirliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi  və Azərbaycan Nazirlər Kabinetinə  sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »