Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: Rusiya məhbuslarla bağlı ABŞ-la dialoqa hazırdır
Zaxarova: Rusiya məhbuslarla bağlı ABŞ-la dialoqa hazırdır

"Moskva Rusiyada məhkum olunmuş amerikalılar Britni Qriner və Pol Uilanla bağlı Vaşinqtonla dialoqa hazırdır. Lakin Amerika diplomatik missiyası ABŞ rəhbərliyini müvafiq məsələ ilə bağlı əsaslı məlumatlarla təmin etmək üçün həmin ölkənin diplomatları ilə lazımi ünsiyyəti təmin etmir".

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında yazıb.

Diplomat "CNN"nin Brittninin həyat yoldaşı Şeril Qrinerə istinadən verdiyi xəbərə diqqət çəkərək: "Rusiya Federasiyasında məhkum olunmuş amerikalıların qohumları ABŞ prezidenti Co Baydendən Rusiyanın məhbus mübadiləsi tələbləri ilə bağlı dəqiq izahat ala bilmədilər",- deyib.

“Fakt budur ki, ABŞ-ın Moskvadakı səfirliyi öz birbaşa rəsmi vəzifələrini yerinə yetirmək - daxil olan məlumatlara diqqət ayırmaq və ölkələrin diplomatları ilə əlaqə saxlamaq əvəzinə, hansısa media çılğınlığı ilə məşğuldur. Sənaye miqyasında onlar Rusiya rəhbərliyi və siyasətçiləri haqqında videolar çəkirlər, “məzəli şəkillər” dərc edirlər və arada şok “istirahətdən” sonra Moskva küçələrini öyrənirlər. Biz dəfələrlə bəyan etmişik ki, Moskva Rusiyada və ABŞ-da məhkum olunmuş vətəndaşların taleyinin həlli üçün danışıqlara hazırıq. ABŞ-ın Moskvadakı səfirliyinin bir dəqiqəlik boş vaxtı olarsa, onlar bu barədə prezident Baydenə, o da öz növbəsində Uilan və Qreynerin qohumlarına xəbər verəcək”, - deyə o vurğulayıb.

Cümə günü ABŞ prezidenti Co Bayden Ağ Evdə Qriner və Uilanın qohumlarını qəbul edib. Görüşdən sonra Amerika hakimiyyət orqanları Rusiyada məhkum olunmuş həmvətənlərini vətənlərinə qaytarmaq üçün bütün mövcud imkanlardan istifadə etmək niyyətində olduqlarını bəyan ediblər.

Qreyner Rusiya Federasiyasında narkotik qaçaqmalçılığına görə, Uilan isə casusluğa görə məhkum edilib.

Vaşinqton bundan əvvəl Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Bou Qreyner və Uilanla dəyişməyi təklif etmişdi.

İyulun sonunda Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinkenin telefon danışığında əsirlərin mübadiləsi mövzularından biri olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »