Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana daha ciddi təzyiq alətləri formalaşdırmağa çalışırlar"
"Azərbaycana daha ciddi təzyiq alətləri formalaşdırmağa çalışırlar"

“2020-ci ildə Vətən müharibəsi ilə Azərbaycan, son 30 ilin reallıqlarına zidd yeni reallıqlar, yeni şərtlər formalaşdırdı və işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı 1000 km-ə yaxın Dövlət sərhədlərimizin təmin olunması və ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan ordusunun formalaşdırdığı bu yeni şərait, yeni hərbi siyasi vəziyyət Ermənistan tərəfin ötən 2 il ərzində baş verən hadisələrlə təhlil edərkən, Ermənistanın yeni hərbi siyasi vəziyyəti qəbul etmək istəmədiyi reallığını ortaya çıxarır. Və Ermənistan 2 ilə yaxın müddət ərzində müxtəlif görüşlərdə, müxtəlif platformalarda mümkün qədər vəziyyəti uzatmağa, mümkün qədər prossesin təmzimlənməsinin qarşısını almağa çalışmaqla tədricən öz havadarlarının dəstəyi ilə güclənib yenidən Azərbaycana qarşı hücumlar təşkil etmək, mümkün olarsa, Azərbaycan ordusunun azad etdiyi bir sıra yaşayış məskənləri və bir sıra əraziləri geri qaytarmaqla yenidən öz xeyrinə ola biləcək hərbi siyasi vəziyyət formalaşdırmaq, reallıqlar yaratmaq və bu reallıqlar fonunda Azərbaycandan daha çox güzəştlər əldə etməyə çalışırdı”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. Onun sözlərinə görə, 13 sentyabra keçən gecə Ermənistan tərəfindən törədilən təxribatlarda qarşıya qoyulan məqsədlərdən biri də bu idi. Bir daha Azərbaycan ordusunun qətiyyətli cavab zərbəsi ilə Ermənistan bu dəfə də öz xəyallarına çata bilmədi. Planları puç oldu.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloq hesab edir ki,əslində, Ermənistanın 2 ilə yaxın müddət ərzində danışıqlardan yayınması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsinin arxasında Ermənistan dövlətinin gücü dayana bilməz. Belə ki, burada əsas faktor rolunu məhz Amerika və onun Qərbi Avropa müttəfiqləri oynuyur. O müttəfiqlər ki, Ermənistana mümkün dəstəyi verməklə bölgədə münaqişə görüntüsü formalaşdırmaq, iki dövlət arasında konfartasiya mühitini daha da gərginləşdirmək və mümkün olarsa, yeni reallıqlar yaratmaqla Azərbaycana daha ciddi təzyiq alətləri formalaşdırmağa çalışırlar. Bu ötən müddət ərzində həm Avropa parlamenti, həm Fransa Senatı tərəfindən, eyni zamanda, ABŞ konqresi və dövlət departamenti tərəfindən ayrı ayrı senatorlar, konqresmenlər tərəfindən qəbul edilən sənədlərdə də görüldüyü kimi tərəflər heç də Ermənistan və Azərbaycan arasında səmimi şəkildə sülh münasibətinin formalaşmasında maraqlı deyil.

“Avropa parlamentinin Azərbaycanın Qarabağ bölgəsində Erməni Mədəni İrsinin dağıdılması ilə bağlı bəyanat qəbul etməsi, Fransa Senatonun münaqişə bittikdən sonra Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması ilə bağlı hökümətə çağırış etməsinin, Amerika senatının, Amerika konqresinin xarici əlaqələr komitəsinin bəyətnatının, Azərbaycana bütün yardımın dayandırılması sübut edir ki, Qarabağ münaqişəsi həll olunmayıb. Qarabağda yaşayan bir ovuc əhaliyə statusun verilməsi ilə bağlı bəyənatlarını, çağırışılarını bir daha təhlil edərkən, məlum olur ki, həmin qüvvələr Ermənistanla Azərbaycan arasındakı münasibətlərin təmzimlənməsini, özlərinin Cənubi Qafqaz maraqlarının təmin olunması üçün ciddi maneə, problem görürlər. Buna görə də mümkün qədər bu prossesin qarşısını almağa çalışırlar. Cənubi Qafqazda baş verən prosseslərin Rusiyanın dominantlığından çıxarılması və Avropa qüvvələrinin nəzarəti altında yeni tənzimlənmə mexanizminin formatının tapılması istiqamətində addımlar atırlar”,- deyə politoloq bildirib Onun sözlərinə görə, başverənlər onu göstərir ki, onlar bölgəmizdə sülhün təmin olunmasında deyil, bu prossesin daha çox onların nəzarəti altında keçirilməsində maraqlıdırlar.

Əliyev hesab edir ki, başverən prosseslər Vətən müharibəsindən keçən 2 ilə yaxın müddət ərzində Azərbaycanın sərgilədiyi soyuqqanlı diplomatiya, eyni zamanda təxribatlara qətiyylətli, sərt reaksiyalar onu deməyə imkan verir ki, bundan sonra da bölgəmizin, regionun maraqlarına Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarına zidd ola biləcək hərhansı bir addımın atılması və bu addımlarda Azərbaycan məraqlarının nəzərə alınmaması demək olar ki, mümkün deyil.

“Nikol Paşinyanın ciddi cəhdlə Azərbaycanla danışıqlarda əlini daha da möhkəmləndirə biləcək addımlara getməsi, eyni zamanda Ermənistan cəmiyyətinin hazırlanması ilə bağlı atdığı bu addımlar qarşıya qoyulan məqsədlərə nail olunmadan növbəti dəfə də Azərbaycan dövləti tərəfindən məhv ediləcək. Burada əsas hədəf təbii ki, Paşinyan tərəfindən öz hakimiyyətinin qorunub saxlanılmasıdır. Eyni zamanda mümkün qədər kənar havadarlarının dəstəyi ilə Ermənistan üçün daha normal şərtlər daxilində danışıqlar prossesinin formalaşdırılmasıdır. Bu halda, Paşinyan özünün hakimiyyətini davamlılığını qoruyub saxlama imkanlarını daha da artırmış olar” - deyən Anar Əliyev əlavə edib ki, mövcud prosseslər və bu prosseslərin axarı, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda baş verən hadisələrə yeni istiqamət vermə gücü və iradəsi Ermənistan və onun havadarlarının Cənubi Qafqazla bağlı qaranlıq planlarının reallaşasının qarşını alacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »